İlk mensturasiya gününün QADININ SAĞLAMLIĞINDA ROLU

10 Aralık 2017
2 290
0
İlk mensturasiya gününün QADININ SAĞLAMLIĞINDA ROLU
Hər bir yeniyetmə qızın həyatında ilk mensturasiyanın başlanma günü bir az gərgin, bir az da qəribə hisslərlə yadda qalıb. Amerika alimlərinin araşdırmasından sonra bəlli olub ki, məhz bu tarix qadının gələcək taleyində böyük əhəmiyyət kəsb edir.

Feat.Az
mensturasiya gününün qadın orqanizminə təsirindən bəhs edən yazını təqdim edir.

Alimlər qadınlar üzərində apardıqları tibbi araşdırmalardan sonra bu qənaətə gəliblər ki, mensturasiya nə qədər erkən yaşda başlayarsa, qadının gələcəkdə piylənmə ehtimalı da o qədər yüksək olur.

Həmçinin çox erkən (10 yaş) və çox gec (17 yaş) dövrdə başlanan mensturasiya qadının gələcəkdə ürək xəstəliklərindən əziyyət çəkəcəyinə dəlalət edir.

Erkən yaşda başlanan mensturasiya bəzən hormonal pozuntuya və diabet xəstəliyinə də səbəb olur.

Həmçinin mensturasiyası tez başlanan qızlar hamiləlik dövründə də çətinliklə üzbəüz qalırlar.

İstənilən halda qadın orqanizmi çox mürəkkəbdir və bütün bu araşdırmaların tam dəqiq elmi əsası olmadığı bildirilir.

Sağlam olun!
publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.