Mən keçəlləşirəm? - Sadə testlə yoxlayın

29 Aralık 2017
1 800
0
Mən keçəlləşirəm? - Sadə testlə yoxlayın
Saçların tökülməsi normal fizioloji prosesdir. İnsan orqanizmində hüceyrələr daim ölür və yeniləri ilə əvəz olunur. Saçlarda da belədir.

Feat.Az
saglamolun.az-a istinadən bildirir ki, bəzən saçların tökülməsi arta bilər, məsələn, hamiləlik və əmizdirmə dövründə, fəsillər dəyişiləndə, qadınlarda menstruasiya zamanı və s. Bu normanın variantı kimi qəbul olunur.
Lakin bəzən saçların tökülməsi patoloji xarakter daşımağa başlayır ki, bu da saçların seyrəklənməsinə və hətta keçəlliyə səbəb ola bilər.

Mütəxəssislərin rəyinə görə, gün ərzində 80 saçda çox tökülməsi artıq həkim-trixoloqa (saç və baş dərisi xəstəliklərini müalicə edən həkim) müraciət etmək üçün ciddi səbəb sayılır.

"Mən keçəlləşirəm?" sualı sizi daim narahat edirsə, sadə test edin. 3 gün ərzində saçınızı yumayın, sonra yuyun və bütün tökülən saçları diqqətlə sayıb üzərinə 10 saç əlavə edin. Əgər rərəm 80-dən çoxdursa, vaxt itirmədən həkimə müraciət edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.