Üzünüz sədəf kimi hamar olacaq – SADƏ MASKA

09 Şubat 2018
2 427
0
Üzünüz sədəf kimi hamar olacaq – SADƏ MASKA
Adətən xəmir yoğuranda istifadə edilən yaş mayanın dərini hamarlaşdırdığını bilirdinizmi? Feat.Az üzünüzü sədəf kimi hamar edəcək maya maskalarını təqdim edir.



Maya yüksək faizdə protein, B6 vitaminlərinə malik olduğu üçün dərinin təzələnməsini və qalıq maddələrdən təmizlənməsini təmin edir.



Südlü maya maskası



1 xörək qaşığı yaş maya

1 xörək qaşığı süd



Hazırlanması:



Şüşə kasada qarışdırın və masaj edərək bütün üzünüzə vurun. Maska quruduqda ilıq su ilə təmizləyin.



Sadə maya maskası




2 xörək qaşığı yaş maya

1 xörək qaşığı ilıq su



Bunları qarışdırıb, sızanaqlarınız çox olan yerə vurun. Maska tamam quruyanda ilıq su ilə isladın və ovalayaraq maskanı təmizləyin.



Qatıqlı maya maskası




1 çay qaşığı yaş maya

1 çay qaşığı qatıq



Verilənləri qarışdırın. Qara nöqtə, dəri ləkələri olan yerlərə qalın bir şəkildə sürtün və qurumasını gözləyin. Daha sonra ilıq su ilə təmizləyin.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.