Üzdəki sızanaqlar bu xəstəliklərə işarədir – Xanımların diqqətinə

Üzdəki sızanaqlar bu xəstəliklərə işarədir – Xanımların diqqətinə
Üzün fərqli yerlərində çıxan sızanaqlar daim narahatlıq və kompleks yaradır. Hətta bu sızanaqlar hansısa xəstəliklərin göstəricisi də ola bilər. Bu sızanaqların çıxdığı yerə görə xəstəliyi təxmin etmək olar, erkən diaqnozla bərabər müalicə müddətini asan bir hala gətirə bilərsiniz. Feat.Az üzünüzdə çıxan sızanaqların hansı xəstəliklərə işarə olduğunu təqdim edir.



Alın


Alında sızanaq çıxması çox rast gəlinən bir haldır. Alında tez-tez sızanaq çıxmasının stress, yuxusuzluq kimi səbəblərlə yanaşı qaraciyər, həzm sistemi və qidalanma balansı ilə əlaqədar sağlamlıq problemlərinin işarəsi ola bilər.



Çənə


Çənədə görünən sızanaqların hormonal pozuqluqlarla birbaşa əlaqəsi olduğu məlumdur.



Üzün kənarları



Aparılan araşdırmalara görə, üzün kənarlarında ortaya çıxan sızanaqlar, hormonal pozuqluqlar və dəri səthində rast gəlinən tıxanıqlıq kimi problemlərin göstəricisi ola bilər. İstifadə etdiyiniz qulluq və kosmetik vasitələri dəyişdirməyiniz faydalı ola bilər.



Yanaqlar


Yanaqlarda rast gəlinən sızanaqların ən böyük səbəbi gündəlik şəkər miqdarıdır. Bununla yanaşı bəzi nəfəs yolu xəstəlikləri və ağciyər problemləri səbəbi ilə yanaqlarınızda sızanaq yarana bilər.



Qaşların arası



Qaşların arasında sızanaq çıxması qaraciyərdə problemə işarə ola bilər.





Burun və üst dodaq kənarları



Burun və üst dodaq kənarlarında tez-tez sızanaq problemi yaşayan şəxslərin ən qısa zamanda həkimə getməsi məsləhətdir. Burunda yer alan sızanaqlar həm də ədviyyatlı qidalardan çox istifadənin də nəticəsi ola bilər. Üst dodaq kənarlarında rast gəlinən sızanaqların isə ürək, dalaq və qaraciyər kimi sağlamlıq problemləri ilə birbaşa əlaqəsi ola bilər.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET