Uşağın cinsiyyəti ana ömrünə təsir edir - Oğul anaları...
Feat.Az medicina.az-a istinadən bildirir ki, bu aparılan araşdırmalar nəticəsində məlum olub.
Belə ki, oğul anaları qız analarına nisbətən daha az yaşayırlar. Finlandiyanın Turku Universitetinin əməkdaşlarının apardıqları araşdırmalar belə deməyə əsas verir. Alimlərin fikirnə görə, oğlan uşağının doğulması anaların sağlığına mənfi təsir göstərir, belə qadınların ölüm riski 7% artır.
10 il ərzində bütün dünya ölkələri üzrə aparılmış araşdırmalar nəticəsində oğul analarının qız analarına nisbətən 3 il az ömür sürdüyü məlum olub. Çünki oğlan uşağına hamilə olan qadının qanında testosteron səviyyəsi yüksəlir, bu da onun immunitetini zəiflədir və müxtəlif infeksiyalara qarşı daha az davamlı edir.