İntim gigiyena üçün vasitələr

İntim gigiyena üçün vasitələr
İntim gigiyena üçün vasitələr arasında düzgün seçim etmək üçün sizə bir neçə məsləhət təqdim edirik.

Mütəxəssislər hazırlıq vaxtı qadınların cinsi zonasının bütün xüsusiyyətləri nəzərə alınmış vasitələrə üstünlük verməyi məsləhət görürlər: turşu balans, normal mikrofloranın tərkibi və s. Beləliklə, mütəxəssislər uşaqlıq yolunu vaginal infeksiyaların inkişafından müdafiə edən ən etibarlı vasitə – tərkibinə bu zonanın turşu balansını normallaşdıran süd turşusu daxil olan məhsulları hesab edirlər.

Həmçinin sətəlcəmə qarşı təsirə malik çobanyastığı və çox gözəl nəmləndirən vasitə olan aloye cövhəri ilə hazırlanmış məhsullara diqqət etməyinizi məsləhət görürük. İntim qulluq üçün nəzərdə tutulmuş bu vasitələri ginekoloqlar hər gün səhər və axşam, həmçinin hər cinsi əlaqədən sonra istifadə etməyi məsləhət görür.

Qeyd olunan və başqa inqrediyentlər intim gigiyena üçün nəzərdə tutulmuş və müxtəlif formalarda təqdim edilmiş vasitələrin tərkibinə də daxil ola bilər. Bu vasitələrin fərqlərini və məhz sizin üçün hansı vasitənin uyğun gəlməsini anlamağa cəhd edək!

Gel, köpük, mus. Həssas dərisi olanlara kosmetoloqlar intim gigiyena üçün geldən istifadə etməyi məsləhət görürlər ki, onlar selikli qişanı yaxşı nəmləndirirlər. Bu halda gel çox köpüklənməsə də sabunun çox gözəl alternativi olacaq. Tərkibinə görə gelə bənzər köpük və muslar da həssas selikli qişa üçün yaxşı vasitə olacaqlar.

Nəm salfetlər yolda olarkən cinsi zonanın gigiyenasını dəstəkləmək üçün ən yaxşı vasitədir. Salfetlərə hopdurulmuş losyonun tərkibinə adətən süd turşusu, müalicəvi bitkilərin cövhəri və nəmləndirici yağlar daxil olur.

Sabun. Əgər siz yenə də sabundan istifadə etməyə üstünlük verirsinizsə bu zaman intim gigiyena üçün nəzərdə tutulmuş xüsusi sabunlara üstünlük verin, çünki onlar faydalı bitki komponentləri və nəmləndirici inqrediyentlərlə zənginləşdirilmişdir.

Dezodorant. Qoxudan narahat olan qadınlar problemin aradan qaldırması üçün bu zona üçün nəzərdə tutulmuş xüsusi dezodorant əldə edə bilərlər. Belə dezodorantlar spirt yox, su əsasında istehsal edilir və spesifik qoxunu neytrallaşdırırlar. Lakin bu dezodorantları yalnız cinsi zonanın təmizlənməsindən sonra istifadə etmək lazımdır!

Cinsi gigiyena üçün nəzərdə tutulmuş vasitələrimüalicə üçün deyil, məhz gigiyena üçün istifadə etmək lazımdır. İstənilən digər problemlər vaxtı isə dərhal həkimə müraciət etmək lazımdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.