İşləyən xanımlara gözəl görünmək üçün məsləhətlər

01 Temmuz 2022
1 913
0
İşləyən xanımlara gözəl görünmək üçün məsləhətlər
Həftənin 5 günü işə gedən xanımlar baxımlı görünmək üçün daim makiyajdan istifadə edirlər. Bu isə üz dərisini yorur. Bunun üçün bazar günü 1 saatınızı ayırıb, dəriniz üçün xeyirli maskalar hazırlayın və yenidən həftənin ilk iş günü işə təravətli gedin.

Feat.Az
axşam.az-a istinadən sizi gözəl göstərəcək 5 əsas üsulu təqdim edir:

1. Kartoflu cəfəri maskası;

Kartofu sürtgəcdən keçirib, içərisinə xırda doğranmış cəfəri əlavə edin. Soyuducuda 2 saat saxladıqdan sonra üzünüzə çəkin. 20 dəqiqə saxladıqdan sonra yuyun.

2. Üzünüzü massaj etmə;

Barmaqlarınızla üzünüzü massaj edin. Massaja yanaqlarınızın altından başlayın. Çalışın, massaj edərkən dərini yuxarıya doğru dartasınız. Bunu 15 dəqiqə edin.

3. Soyuq qaşıqlar;

Çay qaşığını soyuducunun buz yerinə qoyun. Axşam yatmazdan əvvəl qaşığı gözünün altına qoyun və hərarəti dəyişənə qədər saxlayın. Bu qara kölgənin getməsinə kömək olacaq.

4. Çaylı kompres.

Axşamdan dəmlənmiş çayı tənzifin arasına töküb, soyuducuda saxlayın. Səhər üzünüzü yuduqdan sonra onunla silib işə yollanın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.