Dərinizə belə qulluq edin

10 Eylül 2018
1 700
0
Dərinizə belə qulluq edin
Həftədə ən az bir günü özünüzə ayırıb, üzünüz üçün maskalar hazırlasanız bütün problemlərdən uzaq ola, dərinin qocalmasının qarşısını ala bilərsiniz.

Feat.Az
xarici KİV-ə istinadən evdə hazırlaya biləcəyiniz maskalar təqdim edir:

Yumurta maskası:

İki ovuc buğdanı, iki stəkan suda saxlayıb sonra əzin. Üzərinə iki yumurta sarısı və bir şorba qaşığı badam yağı tökün. Üzə sürtün və qurumağa başlayanda yuyun və üzünüzə gül suyu sürtün. Bu maska üzünüzdəki ləkələri və sızanaqları təmizləyəcək.

Qara nöqtələr üçün maska:

Bir kasa qatığa bir limonun suyunu töküb qarışdırın. Qarışığı gözlərinizə dəyməyəcək şəkildə üzünüzə sürtün və 15 dəqiqə gözləyin. Limon suyu dərini dezinfeksiya edir, sızanaqları qurudur və qara nöqtələrin itməsinə kömək edir. Qatıq isə dərini nəmləndirir.

Nəmləndirici maska:

Bir qabda yumurta sarısı və bir qaşıq südü qarışdırın. Bu qarışığı üzünüzə yayın, üzərini incə bir tənziflə örtərək 15 dəqiqə gözləyin. Ardından kağız bir dəsmalla silərək təmizləyin. Daha sonra sırasıyla ilıq və soyuq su ilə yuyun. Bu maska üzünüzü nəmləndirəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.