Yağlı dərilər üçün evdə hazırlanan 5 təbii maska

09 Ekim 2018
1 880
0
Yağlı dərilər üçün evdə hazırlanan 5 təbii maska
Yağlı dəriyə qulluqda ev istehsalı və təbii məzmunlu maskalar ən təsirli olanlardır. Bu maskalar dərinin yağ nisbətini azaldaraq qara nöqtə və sızanaq meydana gəlməsinə də maneə törədir.

Feat.Az
xarici mediaya istinadən yağlı dərilərə uyğun maskaları təqdim edir:

1. Xiyar-yumurta maskası - 1 yemək qaşığı xiyar suyu, 1 yumurta ağı, bir neçə damcı limon suyu, yarım çay qaşığı gil.

Hazırlanması: Bütün vəsaitləri yumşaq bir krem konsistensiyasına gələnə qədər qarışdırın. Qarışığı göz ətrafına dəydirmədən bütün üzünüzə diqqətlə çəkin. 15-20 dəqiqə gözlədin və ilıq suyla durulayın.

2. Ərik və Qatıq maskası - 1 ədəd ərik, 1 yemək qaşığı qatıq.

Hazırlanması: Əriyi blenderdən keçirdin, qatığı və gili əlavə edib qarışdırın. Göz ətrafında başqa, bütün üzünüzə sürtün. 20 dəqiqə gözlətdikdən sonra ilıq suyla yuyun.

3. Bal və Banan maskası - 3 xörək qaşığı banan, 1 çay qaşığı bal, bir neçə damcı limon suyu.
Hazırlanması: Bütün vəsaitləri yumşaq bir krem konsistensiyasına gələnə qədər qarışdırın. Göz ətrafından çəkərək bütün üz və boyun bölgəsinə tətbiq edin. 20 dəqiqə gözlətdikdən sonra soyuq suyla durulayın.

4. Nanə, Qatıq və Banan maskası - 1 xörək qaşığı banan, 1 xörək qaşığı qatıq, 5 damcı nanə yağı, 1 çay qaşığı limon suyu.

Hazırlanması: Bütün vəsaitləri yumşaq bir krem konsistensiyasına gələnə qədər qarışdırın. Göz ətrafından çəkərək bütün üz və boyun bölgəsinə tətbiq edin. 20 dəqiqə gözlətdikdən sonra soyuq suyla durulayın.

5. Çiyələk-Limon maskası - 8 ədəd çiyələk, bir neçə damcı limon suyu,1 çay qaşığı gil.

Hazırlanması: Bütün vəsaitləri yumşaq bir krem konsistensiyasına gələnə qədər qarışdırın. Göz ətrafından çəkilərək bütün üz və boyun bölgəsinə tətbiq edin. 20 dəqiqə gözlətdikdən sonra soyuq suyla durulayın.
axsam.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.