“Qadın cəmiyyətin güzgüsüdür.”

08 Kasım 2014
4 199
0
“Qadın cəmiyyətin güzgüsüdür.”
“Qadın cəmiyyətin güzgüsüdür.”

Djozef Adısson demişdir:-“Qadının bir göz yaşı on kişinin ömrüne bərabərdir.”Dəyərli kəlmədir.Doğurdan qadın həyata maraq verən böyük varlıqdır.Bəs sual yaranır?Kişiler o cümlədən cəmiyyət qadınlara layiq olduğu qiyməti verirmi?Bu suala cavab tapmaq üçün cəmiyyətin qadınlara olan münasibətinə bir nəzər salaq.Nədənsə bəzi kişilər qadınlarla rəqabətdə mübarizəni özlerinə qələbə sayır.Məgər o dərk etmirmiki,qadın zərif mexluqdur.Əslində qadınla mübarizədə özünü güclü sayan kişi elə ən zəif məğlubolunmuş şəxsdir.
Qadınlar həm evdarlıq həm ictimaiətdə feallıqlarına görə də kişilərdən üstün hesab olunurlar.Amma bugün bəzi qadınlara layiq olduqları qiyməti vermirlər.Məhz bu problemlər qurulan nigahlardan başlanır.Gənc qızlar ailə qurur,biraz keçməmiş bu ailələr dağılır.Beləcə qadına iki qat əzab və məsuliyyet düşür.Həm kişi həm qadın məsuliyyəti.Təəssüflər olsunki,bizim yaşadığımız bugünki cəmiyyətdə belə hallar çox tez-tez baş verir.


Maraqlıdır nəyə görə dahi şəxsiyyət,təbabətin atası sayılan Hippokrat qadınlar haqqında mənfi fikirdə olub?!O belə bir fikr işlədib:”Göydə nə qədər ulduz varsa-qadın ürəyində bir o qədər yalan var.”Görəsən bu fikri hansi sübütlarla dahiləşdirib və cəmiyyətin dilində formalaşdırıb?Bugün Hippokrat yaşamış olsaydi aktual bir mövzu kimi bu dahiləşmiş kəlməyə cavab tapardim.Məncə hər bir kişi öz qadınıyla öyünüb fəxr etməlidir.Onda belə yanlış fikirləridə dahiləşdirməyə ehtiyacda qalmaz.


Məlum olduğu kimi qadın dünyanın böyük varlığıdır.Hetda diyərdimki,bütün kişilər həsəd apardıqlari,aşiq olduqlari qadınların qarşısşında eynidirlər.Qadın yeganə qüvvədirki,müqəddəs varlıq sayılan Allah kimi oda kişini istədiyi istiqamətə yönləndirə bilər.

Bəzən qadınların zəifliyini onların özündə axtarmaq lazımdır.Çünki öz hüquqlarını lazımınca müdafiə etmirlər,tez təslim olurlar.Amma C.Cabbarlının 1928-ci il yazmış olduğu “Sevil”əsərinə nəzər salanda görmək olurki,qadın hüququ taptalansa belə əsərin qəhrəmanı Sevil buna yol vermir.Çadrasını atıb,tam azad bir qadın olur.Bəzi kişilərə təslim olub alçalmaqdansa Sevil kimi qəhrəman qadın olmaq daha gözəldir.Məhz elə qadınların şərəfine Bakida “Azad Qadın”heykəli də ucaldılıb.Bir sözlə qadınlar bu məmləkətin,cəmiyyətin saf,təmiz güzgüsüdür.O güzgünü ləkələmək,sındırmaq günahdır.Qadnlara hörmət etmək Allaha sevgini bildirmək qədər dəyərlidir

http://imgs.su/tmp/2013-12-19/1387443808-341.jpg

R.T.Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.