Macar tortu

09 Kasım 2014
3 309
0
Macar tortu
Macar tortu


Madjaritsa, yaxud "macar tortu" - Xorvatiya mətbəxinə aiddir. Qatı kremli, 5-7 nazik qatlı, üzəri şokoladla örtülü pirojnaya baxanda onun ev şəraitində hazırlanmasına inanmaq çətindir.

Tərkibi:


600 q un
1 ç.q. qabartma tozu
220 q kərə yağı
2 yumurta
200 q şəkər tozu
1 ç.q. vanilli şəkər tozu və ya 1 vanil budağı
6 ç.q. xama
sinini yağlamaq üçün yağ və ya bir qədər un

krem:

400 q şəkər tozu
1 l süd
100 q tünd şokolad
130 q qarğıdalı nişastası (bir qədər artıq da lazım ola bilər)
330 q kərə yağı

qlazur:

100 q şokolad
1 x.q. yağ
2-3 x.q. su

Hazırlanması:

Xəmir üçün olan ərzağı qarışdırıb yoğurun, iri kündə halına salıb soyuducuya qoyun.



Sobanı 180 dərəcə qızdırın. Korjları tərsinə çevrilmiş sinidə bişirmək lazımdır - bu vacibdir! Sininin üstünə yağ çəkib un səpin (bunu birinci dəfə etmək lazımdır, sonrakı korjları bişirəndə gərək olmayacaq).

Xəmiri soyuducudan çıxarın, 6 yerə bölün. 5 kündəni sellofan paketə qoyun, birini isə çox nazik - 2-3 mm qalınlıqda yayın. Yuxanı oxlova dolayıb səliqə ilə sininin üstünə sərin. Kənarlardan sallanan xəmiri kəsin, qırıqları sellofandakı kündələrin yanına qoyun (bütün qırıqlardan da bir korj alınacaq, cəmi 7 korj olacaq).



Hər korju 10-15 dəqiqə bişirin. Həmin müddətdə isə digər lavaşı yayın. Korjlar bişəndən sonra ağ olmalıdır. Sobadan çıxarandan sonra masanın üstünə qoyub, üzərindən taxta lövhə ilə basın ki, soyuyan zaman hamar olsunlar.



Korjları bir neçə saat, hətta bir gecə saxlamaq məsləhətdir.

Krem: Nişastanı yarım fincan süddə əridin. Şəkər tozu və südün qalanını orta itilikli ocaqda qızdırın. Şokolad əlavə edin, əriyəndən sonra, süd qaynara düşənə yaxın nişasta qarışığını əlavə edib qarışdırın, ocağı azaldın, qarışdırmağı saxlamadan qatılaşanadək bişirin. Ocaqdan götürün, amma qarışdırmağı dayandırmayın, soyuyanda da qatılaşır. Kiçik hissələrə doğranmış kərə yağını da əlavə edib qarışdırın. Bunu mikserlə də etmək olar. Krem hazırdır.

Sininin içinə 1 korj qoyun. Üzərinə 4-5 qaşıq krem töküb bərabər qaydada yayın. Bu qayda ilə korjları aralarına krem çəkməklə üst-üstə düzün. Sonuncunun üzərinə krem çəkməyin, üstünə taxta lövhə qoyub 4-5 saat, lap yaxşısı - 1 gecə saxlayın.

Üzərinə şəkər pudrası da səpə bilərsiniz. Amma əsl macar tortunun üzərinə şokolad çəkirlər.

Qlazur üçün ərzağı su hamamında şokolad əriyənədək qızdırın, qarışdırın, azca soyudub tortun üzərinə çəkin, hamar yayın.

Kənarlarının nahamar yerlərini kəsin. Sonra isə macar tortunu kvadratlara bölün.



Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.