Saçlar üçün təbii kondisionerlər

04 Haziran 2019
861
0
Saçlar üçün təbii kondisionerlər
Saç kondisionerləri saçları daha hamar, baxımlı və gözəl edir, həcmini artırır, saçlar daha asan daranır və yığılır.

Feat.Az
evdarliq.az-a istinadən bildirir ki, bəzi təbii vasitələr dükanlarda satılan kondesionerlərdən də yaxşı effekt verir və həmçinin saçlara heç bir ziyan vurmur.

Sizə təbii saç kondisionerləri təqdim edirik:

- Alma sirkəsi

Saçları ipək kimi yunçaq və parlaq edir. Həmçinin alma sirkəsi kəpəyin qarşısını alır, saçları möhkəmləndirir.

1 l suya yarım stəkan alma sirkəsi və bir neçə damçı istənilən aromatik yağ əlavə edin və saçınızı yuduqdan sonra yaxalayın.

- Çobanyastığı dəmləməsi

Çobanyastığı saçlar üçün ən faydalı otlardan biridir. Saçları yumşaq və parlaq edir

3 x.q. çobanyastığı 1 l qaynar suda 30 dəqiqə ərzində dəmləyin, yaxşı süzün, saçınızı yuyandan sonra yaxalayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.