Şokoladlı Desert Tortu

11 Kasım 2014
3 882
0
Şokoladlı Desert Tortu
Şokoladlı Desert Tortu


200 q peçenye
100 q qoz-fındıq (yaxud keşyu)
50 q ağ şokolad
250 ml 30-35%-li qaymaq
2 x.q. bal
400 q tünd şokolad
100 q kərə yağı
kakao tozu (üstünə səpmək üçün)




Hazırlanması

Peçenye, qoz və ağ şokoladı əlinizlə xırdalayın.

Tünd şokoladı xırda doğrayın, ya da əlinizlə bir qədər iri tikələrə bölüb ləyənçəyə yığın.

Tayqulpa qaymaq, kərə yağı və bal qoyun.

Ocağın üstünə qoyub, qarışdıra-qarışdıra qaynara düşənəcən gözləyin (bu müddətdə kərə yağı əriməlidir).

Bunu tünd şokoladın üstünə tökün, şokolad əriyənədək qarışdırın.

Peçenye, qoz və ağ şokoladı əlavə edib qarışdırın.

Bu qarışığı içinə qida plyonkası çəkilmiş kənarları açılan formaya (20 sm diametrli) tökün.

Edit_♥Deli Qız♥
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.