Hamiləlikdə ürəkbulanma…

Hamiləlikdə ürəkbulanma…
Qadınların həyatında ən önəmli dövrlərdən biri də hamiləlikdir. Hamilə qadınların ən çox əziyyət çəkdikləri hal isə ürəkbulanmasıdır. Ürəkbulanma əsasən, hamiləliyin V-VI həftəsində başlayır və daha çox səhərlər olur. Bu hal hamiləlik dövründə üç ay güclü şəkildə davam edir.

Feat.Az
axşam.az-a istinadən xəbər verir ki, ürəkbulanma halı hamilələrdə müxtəlif olur. Belə halda həkimlər qadınlara az iş görməyi, daha çox istirahət etməyi məsləhət görürlər. Bəs görəsən, ürəkbulanmanı azaltmaq və ya tamamilə aradan qaldırmaq üçün nə etmək lazımdır?

Beləliklə, hamiləlik zamanı ürəkbulanmanı azaltmaq üçün...

· Hamiləlik dövründə dəmir qablardan istifadə etməyin. Birdəfəlik çəngəldən, qaşıqdan istifadə etsəniz, daha yaxşı olar. Eyni zamanda hamiləliyinizin ilk aylarında tərkibində dəmir olan dərmanlar qəbul etməyin.

· Dişlərinizi tez-tez fırçalamayın. Onları iki gündən bir, sadəcə, bir dəfə fırçalayın. Özü də yeməkdən əvvəl, yəni ac olanda.

· Mədənizi boş saxlamayın. Gün ərzində 3 dəfə yemək yeməkdənsə, az-az 6-7 dəfə yemək məsləhətdir.

· Hamilə qadınlarda ürəkbulanma daha çox səhər olur. Gecə yatmazdan əvvəl yatağınızın yanına duzlu peçenyelər qoyun. Səhər yuxudan ayılanda yataqdan qalxmağa tələsməyin. Duzlu peçenyelərdən bir az yeyin. Bu, gün ərzində olan ürəkbulanmanın qarşısını alır.

· Qazlı su içməyin. Ancaq susuz da qalmayın. Tez-tez, az miqdarda su için.

· Sizi narahat edən iylərdən uzaq olun. Ətirdən bacardığınız qədər az istifadə edin.

· Daha çox sulu yeməklər yeyin. Qızartmalar ürəkbulanma əmələ gətirir.

· Portağal suyu, süd, kofe, şokolad və çay da ürəkbulanma əmələ gətirən amillərdəndir. Ümumiyyətlə, konservlərdən, satılan təbii meyvə şirələrindən istifadə etməyin. Daha yaxşısı, özünüz evdə təbii meyvə şirəsi hazırlayın.

· Hamiləlik dövründə qadınlar turş meyvələrə üstünlük verir. Ancaq unutmayın ki, turş meyvə təzyiqi artırır və nəticədə başgicəllənməsi olur. Yəni turşu bədəni zəiflədir.

· Ən yaxşısı tərkibində B vitamini olan qidalardan çox yeməkdir.

· Belinizi sıxan libaslar geyinməyin.

· Çalışın, balışınız 15 santimetrdən hündür olmasın. Və sağ böyrəyinizin üstündə yatın.

· Ən əsası isə hamiləlik dövründə stresdən uzaq olun və kökəlməməyə çalışın.

Statistika: Alimlər analara uşaqlarına yeməyi gümüş qaşıqla yedizdirməyi məsləhət görür. Belə ki, gümüş özündə mikrob saxlamır. Gümüşün tərkibində olan bəzi maddələr hətta körpənin sağlamlığına xeyirlidir. Gümüş körpələrin dişlərinin rahat çıxmasına kömək edir, dilinin açılmasını və yeriməsini tezləşdirir.
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Çay yox, su için, tez-tez çimin - Adi suyun ağlınıza gəlməyən 50 faydası
12:00
0

Çay yox, su için, tez-tez çimin - Adi suyun ağlınıza gəlməyən 50 faydası

Klassik Özbək plovu - Resept
11:00
23

Klassik Özbək plovu - Resept

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (21)
10:00
172

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (21)

Tarixdə Bu Gün - 23 İyul
09:00
25

Tarixdə Bu Gün - 23 İyul

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (20)
21:00
785

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (20)

23.07.2019 Gündəlik Bürclər (23 İyul 2019 Günlük Bürclər)
20:00
3 041

23.07.2019 Gündəlik Bürclər (23 İyul 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (210)
19:00
939

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (210)

Ümidim Yazılı Şəkilləri 2019 (15)
18:00
690

Ümidim Yazılı Şəkilləri 2019 (15)

Uzun saç hansı kişilərə yaraşır?
17:00
104

Uzun saç hansı kişilərə yaraşır?

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 532 İRƏLİ