Qızlarda cinsi yetkinlik

12 Ağustos 2022
1 701
0
Qızlarda cinsi yetkinlik
Qızlarda cinsi yetkinlik hansı yaşlarda başlayır?
Qızlarda cinsi yetkinlik orta hesabla 10 yaşında başlayır, lakin onun əlamətləri 8-13 yaşlar arasında da meydana çıxa bilər. Adətən qızlarda cinsi yetkinlik prosesi oğlanlara nisbətən tez başlayır. Buna görə də qızlar oğlanlara nisbətən hündür olur və özlərini daha yetkin aparırlar. Müəyyən vaxtdan sonra oğlanlar onları ötüb keçir.

Cinsi yetkinlik dövründə qızların orqanizmində baş verən bəzi dəyişikliklər:


Döş vəzilərinin inkişafı

qızlarda,yetkin qızlarda və qadınlarda cinsi yetişkənlik mərhələlərlə. Döş vəzilərinin inkişafı qızlarda cinsi yetkinliyin ilk əlamətidir. Adətən döş vəzilərinin inkişafı bir və ya hər iki döşün giləsinin altında bərkimə/şişkinliklə başlayır və sonrakı illər ərzində döş vəziləri daha da böyüyür. Döş vəziləri bir-birindən fərqlənə, başqa sözlə biri digərindən daha tez inkişaf edə bilər. Həmçinin bir gilənin altında şişkinlik gördükdə siz bunu anormal hal və sağlamlıqla bağlı ciddi problem kimi qiymətləndirə bilərsiniz. Lakin narahatlığa heç bir səbəb yoxdur. Bəzi hallarda döş vəziləri tez böyüyən qızlar utanır və özlərini narahat hiss edirlər. Belə hallarda daha geniş paltar və ya büsthalter (qadın alt geyimi) geymək daha məqsədəuyğundur.

Cinsi tüklənmə

Adətən qızlarda yuxarı dodaq və ətraflarda incə tüklənmə qeyd edilir. Bu nahiyələrdə tüklənmə oğlanlarda da qeyd olunur. Cinsi yetkinlik dövründə oğlanlarda tük örtüyü qızlara nisbətən daha gözəçarpan olur.
Qızlarda cinsi tüklənmə qasıq və qoltuqaltı nahiyələrdə əmələ gələn tüklənməyə deyilir. İncə, tək-tək tüklər əvvəl qasıq, sonra isə qoltuqaltı nahiyədə əmələ gəlir. Sonradan bu tüklənmə daha intensivləşir və göstərilən nahiyələri tamam örtür.
Bir sıra hallarda qasıq nahiyəsində tüklənmə döş vəzilərinin inkişafını qabaqlayır. Bu hal fərdidir və normal sayılır.

Bədənin quruluşu

Cinsi yetkinlik dövründə boyun artma tempi çox yüksək olur vəcinsi yetkinləşməprosesi başlandıqdan iki il sonra zirvəyə çatır. Əllər, qollar, ayaqlar və pəncələr bədənin digər orqanlarına nisbətən daha sürətlə inkişaf edir. Bədənin bütün hissələrinin böyüməsi mütənasib olmayana qədər, siz özünüzü narahat hiss edirsiniz. Oğlanların və qızların uşaq yaşlarında boylarının təxminən eyni olmasına baxmayaraq, cinsi yetkinlik dövründə vəziyyət dəyişir. Yuxarı siniflərdə qızlar adətən oğlanlardan hündür olur, lakin vaxt keçdikcə oğlanlar onları ötür, qızların bədənlərinin quruluşu dəyişir, budlar nəzərəçarpacaq dərəcədə böyüyür, piy toxuması əsasən sağrı və bud nahiyələrinə toplanır.

Dəri

Sizin dəriniz daha yağlı və tərli olur. Bu piy və tər vəzilərinin funksiyasının artması ilə əlaqədardır. Hər gün duş qəbul edin, dezodorant və antiperspirantlardan istifadə edin. Əksər yeniyetmələrdə müəyyən vaxtda çivzələr (akne) əmələ gəlir.

Menstruasiya (aybaşı)

İlk aybaşı (menarxe) adətən 9-16 yaşlar arasında, yəni cinsi yetkinliyin başlamasından 2,5 il sonra başlayır. Orta hesabla, ilk menzis (aybaşı) 12-13 yaşlarında başlayır.

Narahat edən suallar:

qızların cinsi yetişkənlik dövrü narahatlıqla müşayiət olunurCinsi yetkinlik ya çox tez, ya da çox gec başlayır. Bu orqanizmin fərdi xüsusiyyətidir ki, bunun da müəyyən variantları vardır. Vaxtından əvvəl cinsi inkişaf 8 yaşlı qızlarda və 10 yaşlı oğlanlarda ikincili cinsi əlamətlərin əmələ gəlməsidir. Cinsi yetkinliyin gecikməsi isə 14 yaşlı qızlarda (aybaşı 16 yaşda) və 15 yaşlı oğlanlarda ikincili cinsi əlamətlərin olmaması və yaxud ikincili cinsi əlamətlərin natamam inkişaf etməsidir.
Cinsi inkişafın vaxtından əvvəl başlaması və ya onun gecikməsi patologiya sayılır. Belə hallarda vaxtında həkimə müraciət etmək lazımdır.

Hər halda cinsi yetkinlik yaşında nə baş verəcəyi haqqında düşünür və bəzən hətta narahat olursunuzsa məsələni daha asan başa düşmək üçün aşağıda qızlarda və oğlanlarda yetkinlik dövrünün 5-mərhələli modelini diqqətinizə çatdırırıq. Bu modelə əsasən siz inkişafın hansı mərhələsində olduğunuzu asanlıqla müəyyən edə bilərsiniz.

Cinsi inkişafın başlanğıcı sizin irsiyyətinizdən asılıdır: yəni cinsi inkişafı siz yəqin ki, valideynləriniz kimi keçəcəksiniz.
Yadda saxlayın! Əgər sizdə hər hansı bir səbəbdən cinsi inkişaf normaya uyğun gəlmirsə, həkimə müraciət edin.
Sizi narahat edən suallara cavab həmçinin təcrübəli məsləhətçidən və ya həkimdən almaq olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.