1 ildir üzümü yağla yuyuram, nəticə inanılmazdır - Fərqli metod

1 ildir üzümü yağla yuyuram, nəticə inanılmazdır - Fərqli metod
Axşam makiyaj və havadan çirklənmiş dərini sabun, gel, kosmetik südlə yumaq tövsiyyə edilir. Lakin yaponlar üzlərini yağla yuyurlar.

Feat.Az
bildirir ki, üzü yağla yumaq dərini daha təmiz edir, canlandırır, cavanlaşdırır.

-Makiyaj qalıqları daha dərindən təmizlənir. BB kremlər yalnız yağla yaxşı yuyulur
-Dərinin rəngi yaxşılaşır

-Üzün tonu bərabərləşir, çünki məsamələrdəki toksinlər çıxır.
-Dəri dartılmır, qurumur - digər yuyucu vasitələr dərinin təbii piy qatını yuyur, balansı pozur. Elə ona görə yağlı dəri daha da yağlanır, quru isə quruyur. Yağla bu problemlər olmur

-Dəri cavanlaşır - təbii yağlar antioksidant təsirlidir. Sərbəst radikalları zərərsizləşdirir. A və E vitaminləri də yağ kimidir. Onlarla üzün masajı dərini cavanlaşdırır

-Dəri nəmlənir, nəmlə doyur. Yağda olan turşular, vitaminlər dərinin epidermisinə keçir. Dəriyə oksigen bol təmas edir
Hansı yağdan istifadə etməli:

Maye sabun üçün olan qaba (şüşə olsa yaxşı olar) 10% miqdarda ayıpəncəsi yağı əlavə edirsiz. Qalan 80-90 faiz badam və ya üzüm çəyirdəyi yağı ola bilər. Eləcə də bura 10 damcı E vitamini damcıladın. Yaxşıca çalxalayın.

Yağdan ovuclarınıza sıxıb onu sürtərək isidin, sonra üzünüzə yüngülcə masaj edin. 2 dəqiqə saxlayıb, adi su ilə yuyun. Salfetlə qurudun. Sonra kreminizi çəkin.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.