Şüşədə toyuq

15 Kasım 2014
1 751
0
Şüşədə toyuq
Şüşədə toyuq


Balonda toyuq susuz, yağsız bişirilir. Ətri fantastik olur. Dadını isə bişirəndən sonra deyərsiniz. Əminəm, bir dəfə dadandan sonra dəfələrlə hazırlayacaqsınız.

Tərkibi:

1,2-2 kq-lıq toyuq
duz
dənəvər ağ və qara istiot
dəfnə yarpağı
1 iri baş soğan
1 pomidor
1 bolqar bibəri (tərəvəz qisminə özünüz də əlavələr edə bilərsiniz)
1 ədəd 3-litrlik balon
1 dəmir banka qapağı

Hazırlanması:

Tərəvəzi və toyuğu təmizləyib, yuyub doğrayın. Lay-lay balona yığın: toyuq döşəyin, azca duz vurun, üç-dörd istiot dənəsi, dəfnə yarpağı + pomidor + bolqar bibəri və bu minvalla ərzaq bitənədək.

Balona heç bir maye - nə su, nə yağ - əlavə etmək lazım deyil! Onu lap ağzınadək doldurmaq da yaxşı deyil, çünki bişəndə toyuğun və tərəvəzin öz şirəsi çıxır, balondan axsa, əlavə başağrısıdır. Toyuq balacadırsa, tərəvəzi çox edin, böyükdürsə, azaldın. Tərəvəz qismində yerkökü, kartof, kələm istifadə edə bilərsiniz. Kartof istifadə etməyəcəyiniz təqdirdə limon və portağal dilimləri də əlavə etmək olar. Qara gavalı, alça qurusu da ona əla dad verər.

Balonun ağzına rezinsiz dəmir qapaq qoyun, soyuq (!) sobaya yerləşdirin. (Təbii ki, onu formanın içinə, yaxud dəmir şəbəkənin üstünə qoymaq lazımdır ki, çıxarmaq asan olsun).

Sobanı yandırın, 150 dərəcəyə ayarlayın. 30 dəqiqə bişdikdən sonra 180 dərəcəyədək qaldırın, daha 1-1,5 saat bişirin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.