Mandarin piroqu

16 Kasım 2014
2 024
0
Mandarin piroqu
Mandarin piroqu


Bu resept üçün iri, şirin mandarinlər, əsasən klementinlər istifadə olunur.

Tərkibi:

375 q (3-4) mandarin
6 yumurta
1 st. + 2 qaşıq şəkər tozu (225 q)
0,5 ç.q. mandarin və ya vanil cövhəri
255 q un
1 ç.q. qabartma tozu
şəkər tozu (bəzək üçün)

Hazırlanması:

Bütöv mandarinlərin üzərinə çıxanadək soyuq su tökün, 2 saat bişirin.



Suyunu süzün, mandarinləri 4 bölüb dənələrini çıxarın.



Blenderdə püre halına gələnədək xırdalayın.



Sobanı 180 dərəcə qızdırın. 25 sm diametrli formanı yağlayıb perqament döşəyin.

Yumurtaları çalın, şəkər tozu və cövhər əlavə edin. Unla qabartma tozunu ələyin, bunun üçdə birini yumurtalara əlavə edin, sonra bir qədər mandarin püresi qatın, yenə çalın, tədricən un və püre əlavə edərək eynicinsli kütlə alınanadək qarışdırın. Formaya tökün.



30-40 dəqiqə, üzəri qızılı rəng alanadək bişirin. Piroqu dəmir şəbəkənin uzərinə qoyub tam soyudun, yalnız bundan sonra formadan çıxarın, üzərinə şəkər pudrası səpin.



Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.