Makiyajsız 2 gün! Detoksun dəriniz üçün faydaları nədir?

15 Ekim 2020
618
0
Makiyajsız 2 gün! Detoksun dəriniz üçün faydaları nədir?
Üz dərisinin detoksunu ilk dəfə Nyu-Yorkun kosmetoloq-dermotoloqu Karen Xammerman tətbiq etmişdir. “Makiyajdan heç olmasa həftədə 2 dəfə istirahət eləyən dəri öz təbii nəmlik balansını bərpa etmək bacarığına sahibdir – deyə həkim bildirir. Bundan əlavə makiyaj qatının altında dəri nəfəs almır, nəticə etibarı ilə qocalma prosesi daha sürətlə gedir”.

Bu usülla həftədə cəmi 2 gün makiyajsız gəzməklə dərinizin cavalıq müddətini uzadmış olursunuz.

2 günlük detoksa yeni başlayanlar üçün bir neçə faydalı MƏSLƏHƏT:

Yatmazdan əvvəl üzünüzü kosmetika qalıqlarından düzgün qaydada təmizləmirsinizsə, dəri “pəhrizi”nin heç bir mənası qalmır. Göz ətrafı əraziyə xüsusi diqqət yetirmək lazımdır – tuşdan və göz qələmindən qalma izləri göz qapaqlarlı üçün ikihədli losyonlarla təmizləmək lazımdır.

Üzünüzə kosmetik vasitələrdən istifadə etmədən sağlam allıq qatmaq üçün, səhərlər soyuq su ilə yuyunaraq qan dövranını gücləndirəcək yüngül masaj edin.

Tonal vasitəsiz və pudrasız təmiz dəri günəş şüalarının birbaşa təsirinə məruz qalır. Buna görə də mütləq spf-qoruyuculu nəmləndirici kremdən istifadə etmək lazımdır. Bu vasitəsiz qocalmanın qarşısını alan bütün tədbirlər effektsiz olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.