Alma Piroqu

24 Kasım 2014
5 952
0
Alma Piroqu
Alma Piroqu

Tərkibi:
Xəmir üçün:

Un – 1,5 st.
Marqarin – 100 q.
Toz-şəkər – 3 x.q.
Yumurta sarısı – 2 əd.
Soda – 0,5 ç.q.
Zülallı xəmir üçün:
Yumurta ağı – 2 əd.
Toz-şəkər – 1 x.q.
Nişasta – 1 x.q.
Alma – 0,5 kq.

Hazırlanması:

Şəkər, yağ, yumurta sarısı və soda qarışdırılıb, üzərinə un əlavə edilir. Yoğrulmuş xəmir 1 saat soyuducuda saxlanılır. Xəmir yayılıb, formanın qıraqlarına 1-2 sm. qaldırmaq şərtilə qoyulur. Yumurtanın ağını köpük əmələ gələnə qədər çalıb, az-az toz-şəkər və nişasta əlavə edilir. Almanın qabığı və özəyi təmizlənib, kiçik kublar şəklində doğranılır, formadakı xəmirin üstünə bir bərabərlikdə yayılır. Sonra üzərinə çalınmış yumurta ağı tökülüb, vam istilikdə 20-25 dəq bişirilir.


R.T.♛Fidawka♛
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.