İspanaqlı kotlet

02 Aralık 2014
1 889
0
İspanaqlı kotlet
İspanaqlı kotlet



İspanaqlı kotleti hazırlamaq üçün vəsaitlər:



500 qr qiymə

750 qr ispanaq
1 yumurta

2 x/q maye yağ

4 dilim çörək içi

1 soğan

2-3 diş sarımsaq
1 ç/q un
1 ç/q tomat pastası
2 pomidor
üzəri üçün holland pendiri
zövqə görə duz

Hazırlanması: Bir qabda qiyməni, xırda-xırda doğranmış soğanı, çörək içini, yumurtanı, duzu qarışdırıb küftə hazırlayın. İspanağı yaxşıca yuyun və suyunu buraxana kimi yağda qovurun, üzərinə xırda-xırda doğranmış sarımsaq un, tomat pastası əlavə edib azacıq bişirin. Sonra köftələri yayaraq yağlanmış siniyə düzün. Əvvəlcədən qızdırılmış sobada 15 dəqiqə bişirin. Bişdikdən sonra üzərinə hazırladığınız ispanaq sousunu, pomidor dilimlərini, holland pendirini qoyun, yenidən 15 dəqiqə sobada bişirin. Püre və ya plovla süfrəyə verə bilərsiz.



Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.