Gözəlliyinizə 5 dəqiqə ayırın.

08 Aralık 2014
1 459
0
  Gözəlliyinizə 5 dəqiqə ayırın.
  Gözəlliyinizə 5 dəqiqə ayırın.

ƏGƏR 5 dəqiqəniz VARSA

Bu özünüzü səliqəyə salmaq üçün kafi bir müddətdir. Boynunuza orta barmaqlarınızla masaj edin. Özünüzü gərgin hiss etdiyiniz zaman bu bölgəyə masaj etmək çox faydalıdır. Əllərinizi başınızda gəzdirin. Sanki saçlarınızı şampunla yuyurmuş kimi hərəkətlər edin. Bir dəqiqə müddətlə qulaqlarınızı ovuşdurun. İstədiyiniz beş dəqiqəlik müddəti saç fırçası ilə başınızı masaj edərək, saçınızı darayın.

ƏGƏR 10 dəqiqəniz VARSA

Gözlərinizi istirahət etdirmək üçün xiyar maskası tətbiq edə bilərsiniz. Bu arada əllərinizin baxıma möhtac olduqlarını da unutmayın. Bu on dəqiqəlik müddət içində əllərinizə nəmləndirici və yumşaldıcı üz maskası tətbiq edə bilərsiniz. Yağ aradan qaldırıcı maskaları əsla istifadə etməyin. Bunlar əllərin dərisini qurudurlar. Bəli, on dəqiqə içində gözlərinizə və əllərinizə qulluq edə bilərsiniz.

ƏGƏR 15 dəqiqəniz VARSA

Bədənin bütün yükünü ayaqlar çəkir. Gün ərzində 15 dəqiqə boş qalsanız, ayaqlarınızı rahatlaşdırmağa çalışa bilərsiniz. Əvvəl ayaqlarınızı isti su dolu bir ləyənə salıb beş dəqiqə istirahət etdirin. Sonra ayaqlarınızı qurulayın və bir qıçınızı digərinin üzərinə qoyaraq ayağınıza kremlə masaj etməyə başlayın. Daha sonra digər ayağınıza sıra gələcək. Ayaq barmaqlarınızın hər birinə ayrı-ayrılıqda masaj edin.

ƏGƏR 20 dəqiqəniz VARSA

Tək qalmaq, düşüncələrinizi nizama salmaq istəyirsinizsə, 20 dəqiqəlik boş vaxtınızı vanna otağında keçirməlisiniz. Vannanı doldurub içinə girdiyiniz zaman özünüzü rahatlamış, cavanlaşmış və hətta gözəlləşmiş hiss edəcəksiniz. Duşda sevdiyiniz, rahat bir musiqi də çox işinizə yarayacaqdır. Iyirmi dəqiqə sonra duşdan çıxdığınızda həyatı daha çox sevdiyinizi hiss edəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.