Makiyajla yatmağın zərərləri.

08 Aralık 2014
1 381
0
Makiyajla yatmağın zərərləri.
Makiyajla yatmağın zərərləri.

Göz makiyajını silmədən yatmaq, həssas olan göz ətrafınıza böyük zərərlər verir. Ən nəhayət istifadə etdiyiniz məhsulların tərkibində bir çox kimyəvi maddələr var ...

Gözdə tuşla yatmaq kirpiklərin zəifləməsinə və tökülməsinə səbəb olur. Bundan əlavə, göz sağlamlığı üçün kirpiklərdən tuşu çıxarmadan yatmaq göz infeksiyalarına və iltihabına səbəb olar. Kirpik diblərində Arpacıq (it dirsəyi) çıxması və irəliləyən dövrlərdə göz şəklinin pozuqluğuna yol aça biləcək infeksiyalara dəvətnamə çıxarır.

Dərinin özünü yenilədiyi saatlar, yuxu zamanlarına bərabər gəlir. Əgər yatmazdan əvvəl makiyajınızı təmizləməsəniz, dəriniz kifayət qədər nəfəs almayacaq. Və bu da erkən yaşlanmalar, dəri sallanmaları və müxtəlif dəri narahatlıqları deməkdir ...

Makiyajla yatıb, ertəsi gün səhər makiyajla oyandığınızda, üzərinizdəki ağırlığı və pis hissiyyatı təxmin edərsiniz yəqin ki... Halbuki, yatmadan əvvəl makiyajı yaxşıca təmizləyib, dəriyə uyğun bir nəmləndirici sürtsəniz ertəsi gün daha təravətli oyanmış olarsınız.

Göz makiyajını silmədiyinizdə belə, ertəsi gün makiyajınızı silib yenidən çəkməniz lazımdır. Əgər bunu etmirsinizsə bir gün boyunca üzünüzdə qalmış makiyajla gəzmək, inanın ki, xoş bir görünüş yaratmayacaq ...

Makiyajla yatdığınız hər zaman, dərinizdəki yağ tarazlığı də oynadığınızı da unutmayın. Civzəli, yorğun və qırış bir dəri istəmirsinizsə dərinizə yaxşı baxın ...

Azadqadin.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.