Dodaqlarınızı qoruyacaq sirlər...

08 Aralık 2014
1 611
0
  Dodaqlarınızı qoruyacaq sirlər...
  Dodaqlarınızı qoruyacaq sirlər...

Dəriniz kimi dodaqlarınız da bənzəri olmayan orqanlardır. Dişlərinizə, gözlərinizə və ya əllərinizə göstərdiyiniz diqqəti dodaqlarınız üçün də göstərməlisiniz. Ümumiyyətlə, dəri ölü ya da canlı olaraq 16 qatdan ibsrətdirsə, dodaqlarda bu say yalnız 3-dür. Yaxşı, dodaqlarınızı necə qoruya bilərsiniz? Budur, dodaqlarınızı qoruya bilmək üçün baxım sirləri ...

- Dodaqlarınızı yalamaqdan imtina etməlisiniz. Hər nə qədər dodağınızın bu sayədə nəmləndiyini düşünmək məntiqli olsa da bunun yalnızca o anlıq olduğunu unutmamalısınız. Üstəlik, diliniz sayəsində daşınan tüpürcəyin əslində yeməkləri parçalama vəzifəsi olduğunu və dodağın həssas quruluşuna zərər verə biləcəyini ağılnızdan çıxarmayın.

- Dodaqlarınızla oynamayın, çəkişdirməyin, dişləməyin.

- Bol-bol su için, hər stəkan suyun dəriniz üçün bir nemət olduğunu ağlınıza yazın.

- Dodaqlarınızı soyuqdan qorumaq üçün dodaq dərisi üçün xüsusi olaraq hazırlanan kremlər istifadə edin. Bundan başqa, yay günləri üçün 15 qoruma faktorlu dodaq qoruyucu kremdən istifadə etməyə laqeyd yanaşmayın, çünki həssas quruluşu səbəbiylə dodaqlarınız asanca çatlaya bilər.

- Kosmetik məhsullarında xüsusilə, nəmləndirici xüsusiyyəti olanları seçim etməyə çalışın. Tərkibində spirt saxlamayan məhsullar istifadə etməniz daha faydalı olacaqdır.

- Ağzınızdan nəfəs almamağa çalışın, aldığınız hər nəfəsin dodaqlarınızdakı nəmi alıb apardığını unutmayın.

- B və E vitaminləri dəriniz və dodaqlarınız üçün əhəmiyyətlidir. Yemək hazırlayarkən bu vitaminlərin bolca olduğu qidaları seçim edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.