Almalı Rulo

09 Aralık 2014
1 698
0
Almalı Rulo
Almalı Rulo
Tərkibi:Almalı Rulo

4 yumurta
130 qr un
140 q şəkər tozu
600 qr alma
1 ç.q. darçın
Pudra şəkəri

Hazırlanması:Almalı Rulo

Əvvəlcə içliyi hazırlayın. Almanı yaxşıca yuyub sürtgəcin xırda gözündən keçirin. Şirəsini süzün. Almaya şəkər tozu və darçın əlavə edin.

Xəmir: yumurtaları mikserlə yaxşıca çalın. Şəkər tozu əlavə edib yenə çalın. Un əlavə edib qaşıqla qarışdırın. Nimçəyə xəmiri tökün, üzərinə almanı nazik qatla yayın. Əvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Səliqə ilə nimçəni çıxarın, biskviti rulet kimi bükün. Üzərinə şəkər pudra şəkəri səpin.

Nuş olsun!Almalı Rulo
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.