Bananlı Alman Tortu

12 Aralık 2014
2 948
0
Bananlı Alman Tortu
Bananlı Alman Tortu

Ərzaqlar:



1 çay stəkanı ilıq süd
1 çay stəkanı ilıq su
1 çay stəkanı şəkər
1 çay stəkanı duru yağ
2 yumurta
1 paket vanil
1 paket instant quru maya
500 qr un (3-4 su stəkanına bərabər)

Kremi üçün:

3 su stəkanı süd
1 su stəkanı toz şəkər
1 yumurta sarısı
3 yemək qaşığı dolusu un
1 yemək qaşığı misir nişastası
1 paket vanil
1 paket toz krem şanti
Banan dilimləri

Üzəri üçün:

Pudra şəkəri

Hazırlanması:

İlk olaraq xəmiri hazırlayın. Bütün vəsaitlər süd, su, duru yağ, şəkər, yumurta, maya, vanil, unu qarışdırıb, bir xəmir əldə edin. Ayrı bir yerdə kremi hazırlayın. Əvvəlcə yumurta sarısı və şəkəri çırpın. Ardından süd, un, nişasta, vanili əlavə edib yaxşıca çırpıb və ocağa qoyun. Pudinq konsistensiyasına gələndə altını bağlayın, yüngül ilıqlaşanda krem şanti əlavə edib mikser ilə çırpıb soyudun. Mayalanan xəmirdən limon böyüklüyündə yumrular qoparın. Yağlı kağız qoyulmuş nimçədə 15 dəqiqə mayalandırın.

Mayalanan xəmirləri 180 dərəcəlik sobada bişirin. Sobadan çıxarıb soyudun. Sonra xəmirləri ikiyə bölün. Arasına pudinq, üzərinə banan və təkrar pudinq əlavə edib, üzərinə digər xəmiri qoyun. Ən sonda üzərinə pudra şəkəri töküb xidmət edin.

Nuş Olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.