Badımcan Kəbabı

11 Aralık 2014
1 702
0
Badımcan Kəbabı
Badımcan Kəbabı
Ərzaqlar:



5-6 dənə badımcan
5-6 dənə pomidor
5-6 dənə yaşıl bibər
1 dənə quru soğan

Qıyma xərci üçün:

Yarım kq qıyma
Bir şirin qaşığı qədər tomat
Bir şirin qaşığı qırmızı bibər
Bir az duz
Qara bibər və çox az yağ

Hazırlanması:

Qıymanı, duz, qara bibər, qırmızı bibər, tamat və çox az yağ ilə yoğurun. Qoz böyüklüyündə parçalar qoparın. Badımcanları da üç barmaq genişliyində qabıqlı olaraq üç dörd hissəyə bölün. Badımcanları nimçəyə düzün. Aralarına qıyma, yəni bir badımcan bir qıyma qoyun. Ortasına da pomidorları dördə bölün, qabıqlı olaraq qoyun. Üzərinə yaşıl bibər də qoyun (istəyə görə soğan da qoya bilərsiniz) . 1, 1 yarım su stəkanı qədər də tomatlı su gəzdirin. Son olaraq bir az da yağ gəzdirib sobada 200 dərəcədə bişirin.

Nuş Olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.