Özünüzə gündə 10 dəqiqə ayırmaqla çox gözəlləşəcəksiniz

13 Aralık 2014
1 980
0
Özünüzə gündə 10 dəqiqə ayırmaqla çox gözəlləşəcəksiniz
Özünüzə gündə 10 dəqiqə ayırmaqla çox gözəlləşəcəksiniz


Ev şəraitində üz dərisinə qulluq etmək sizi qarşılaşacağınız problemlərdən 70 faiz xilas edə bilər.

Ev şəraitində edə biləcəyiniz maskaları, baxım vasitələri təqdim edirik:

Bu məsləhətlərin hər hansı birinə heç olmasa gün ərzində 10 dəqiqə əməl etsəniz, nəticə gözlədiyindən də əla olacaq.

1. Qreypfrut, rozmarin, çobanyastığı və limon yağından 3 damcı töküb qarışdırın. Bu qarışıqla sellülitli hissələrə çəkib, masaj edin. Ardından isti vanna qəbul edin. Prosesi 1 həftə davam etdirin, 7 gün ara verdikdən sonra yenidən başlayın.

2. Gündə iki dəfə - səhər və axşam quru əllərlə bud və qarın hissəni ən azı 5 dəqiqə masaj edin.. Bundan sonra isti vanna mütləqdir. Axırda bədəninizə krem çəkməyi də unutmayın.

3. Düyülü pilinq - tərkibində çoxlu miqdarda B vitamini olan düyü dəri üçün ən yaxşı qoruyucu vasitələrdən biridir. Yapon qadınlarının təmiz və hamar dərilərinin sirri də elə düyü maskası və kirşanıdır. Tərkibindəki RR vitamini streslə mübarizə aparmağa kömək edir, dərinin elastikliyini artırır. Buna görə də düyüdən maska hazırlayıb, üzə çəkmək super-effekt yaradacaq.

· Düyünü suda isladıb, üzünüzə kompres edin. 15 dəqiqə saxladıqdan sonra üzü nəm parça ilə silin. Bitkinin tərkibindəki EE vitamini dəridəki ölü hüceyrələri aradan qaldıracaq, dərini zədələrdən qoruyacaq. Düyü qırışların açılmasına, dərinin daha da cavanlaşmasına kömək edəcək.

· Hər gün üzünüzə düyü yağı çəkin.

· Düyünü yuyub, blenderdə əzin. Üzərinə 2 xörək qaşığı isti süd, töküb qarışdırın. Alınan maddəni qalın formada üzə çəkin. 10-15 dəqiqədən sonra maskanı silib, üzü su ilə yuyun. Maska dərini daha yumşaq və hamar edəcək, qan dövranını yaxşılaşdıracaq.

R.T.Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.