Dünyanın ən xeyirli mətbəxləri

26 Aralık 2014
2 182
0
Dünyanın ən xeyirli mətbəxləri
Dünyanın ən xeyirli mətbəxləri



İnsanların sağlamlığı və formalarının uzun müddət saxlanılmasına imkan verən dünya ölkələrinin mətbəxlərinin reytinq siyahısı açıqlanıb.

"Ən sağlam mətbəx" adını Yaponiya mətbəxi tutub. Bu ölkədə köklükdən insanların cəmi 1,5 faizi əziyyət çəkir, orta yaş həddi isə 82-yə bərabərdir. Bu mətbəxdə kələmin bütün növlərindən geniş şəkildə istifadə olunur. Həmçinin soya və balıq yeməkləri də üstünlük təşkil edir.

Məlumatda vurğulanır ki, yaponlar normanın cəmi 80 faizini yeməklə kifayətlənirlər.

Siyahıda 2-ci yeri isə Sinqapur mətbəxi tutub. Burada da orta yaş həddi 82-yə, kök insanların faizi isə 1,8-ə bərabərdir. Sinqapur mətbəxinin əsas yeməkləri düyüdən hazırlanır. Müxtəlif növ balıq və trəvəzlərə də geniş yer verilir.

Ət yeməklərinə isə süfrələrdə çox nadir hallarda rast gəlmək mümkündür. Şirniyyatlara tələbatlarını isə yerli sakinlər tropik meyvələr və azkalorili desertlərlə ödəyirlər. Çin mətbəxi siyahıda 3-cü yerdə dayanır. Burada isə üstünlük daha çox tərəvəzlərə, müxtəlif həşəratlara verilir.

Əgər qızardılmış yeməklər az olsaydı, Çində orta yaş həddi 73-ə bərabər olardı. Çində də kök insanlar 1,8 faiz təşkil edir. "Forbes" yaxşı dieata saxlayanlar arasında isveçliləri xüsusi olaraq vurğulayıb. Bildirilib ki, burada iqlimdən asılı olaraq masanın üzərində tərəvəz və meyvələrə az rast gəlinir.

Lakin süd məhsullarından və qara çörəkdən, balıqlardan geniş istifadə burada insanların orta ömür səviyyəsini 81-ə yüksəldib. Əhalinin isə 11 faizi kökdür.

Siyahıda sonrakı yerləri Fransa, İtaliya və İspaniya tutur.



Dünyanın ən xeyirli mətbəxləri
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.