Yeni il gecəsi masaya nə qoymalı...

31 Aralık 2014
2 759
0
Yeni il gecəsi masaya nə qoymalı...
Yeni il gecəsi masaya nə qoymalı...

Qarşıdan 2015-ci il gəlir. Bu il keçi ünsürü altında təhvil verilir. İlin simvolu olan heyvanın uğur gətirməsi üçün onun sevdiklərini etmək mütləqdir.

Feat.az xarici mətbuata istinadən bayram gecəsi masaya nələri düzməyin vacib olduğunu təqdim edir:

Keçinin xoşuna gəlmək üçün masaya mütləq yaşıl tərəvəzlər düzün. Bura göyərtilər də daxildir. Ən əsası isə, şüyüd və cəfəri olmalıdır. Kələmi də unutmayın. Masaya qətiyyən kolbasa düzməyin. Yeməkləri əsasən quş və toyuq ətindən hazırlayın. Balıq bişirməyi unutmayın.

Masada bir neçə növ pendir olmalıdır. Stolda meyvə və südlü şirniyyatlar olsa, keçinin daha çox xoşuna gələr.

Bayram gecəsi çalışın evdə təzə çörək bişirəsiniz. Onun qoxusu Yeni ilin simvolunun xoşuna gəlir.

Bu il çalışın yeməkləri və şirniyyatları evdə hazırlayasınız. Hazır, alınma məhsullar o qədər də yaxşı olmayacaq. Çünki keçi evdən gələn bişinti qoxusunu xoşlayır.

R.t.Zemichka
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.