Şokoladlı Oladilər

25 Ağustos 2014
2 519
0
Şokoladlı Oladilər
Şokoladlı Oladilər


Tərkibi:

1st. süd
1 st. un
4 x.q. şəkər tozu
5-6 x.q. kakao
2 x.q. kərə yağı
2 yumurta
şokolad sousu
50 q şokolad
azca quyruq (və ya bitki yağı)
2 banan

Hazırlanması :


Yumurtanın ağını sarısından ayırıb bir çimdik duzla qatı köpük alınanadək çalın.

Yumurtanın sarısını şəkər tozu ilə çalıb kakao, əridilmiş kərə yağı, süd, un əlavə edin, yenidən çalın.

Çalınmış yumurta ağını da əlavə edib qaşıqla qarışdırın.

Tavanı qızdırın, quyruq çəkin (bitki yağı ilə də qızarda bilərsiniz, amma onda daha yağlı olacaq), oladiləri bişirin.

Hazır oladilərin üzərinə şokolad sousu gəzdirin, dilimlənmiş banan düzün, şokoladı sürtgəcdən keçirib üstünə səpin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.