Körpələrin saçı niyə tökülür?

07 Mayıs 2019
1 112
0
Körpələrin saçı niyə tökülür?
"Körpələrdə saç tökülməsi ilk 6 ayda daha intensiv müşahidə olunur. Bu isə təbii bir prosesdir".

Feat.Az
e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr, uzman həkim Altay Abdullaoğlu bildirib.

Həkim deyib ki, saç tökülməsinin çoxlu sayda səbəbləri var: "Körpə yatarkən başını sürtür və sürtdüyü yerlərdə də saçlar daha çox tökülür. Daha sonra isə tökülən saçların yerində yeni tüklər çıxır. Bundan əlavə saçların tökülməsinə qanda bəzi mühüm mikroelementlərin və vitaminlərin çatışmazlığı da səbəb ola bilir. Buna ən çox dəmir, sink əskikliyi, vitamin D əskikliyini aid etmək olar. Bəzi xəstəliklərdə də saçlar tökülə bilər. Buna zob kimi bilinən, qalxanabənzər vəzin funksiyasının pozulmasını, bəzi autoimmun xəstəlikləri misal çəkmək olar. Bir qədər böyük yaşlı uşaqlarda isə saçların tökülməsinin ən böyük səbəbi yetkin insanlardakı kimi stress faktorudur.

Körpələrdə saç tökülməsi adətən normaldır və elə bir ciddi səbəbi olmur. Böyük yaşlı uşaqlarda isə çox vaxt stressə bağlı olur. Amma tam dəqiqləşdirmək üçün təbii ki, hər zaman həkimə müraciət etmək lazımdır".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.