Klassik tomat sousu

19 Ağustos 2014
2 759
0
Klassik tomat sousu
Klassik tomat sousu


Tərkibi:

3 baş soğan
3 diş sarımsaq
4 budaq reyhan
2 x.q. zeytun yağı
175 ml bəyaz şərab və ya tərəvəz bulyonu
850 q təmizlənmiş pomidor
duz
istiot
1 çimdik şəkər tozu


Hazırlanması:

Soğanla sarımsağı təmizləyib xırda doğrayın.

Reyhanı yuyub qurudun.

Zeytun yağını tavada qızdırın. Soğan və sarımsağı orta itilikli odda 4-5 dəqiqə, şəffaflaşanadək qovurun.

Şərab və ya bulyonu əlavə edin, tam qaynayanda reyhanı əlavə edin.

Pomidorları xırda doğrayın, bulyona əlavə edin, orta itilikli odda 25-30 dəqiqə bişirin. Reyhanı çıxarın. Sousa duz, istiot, şəkər tozu əlavə edin. Soyuducuda 3 sutkadan artıq saxlamayın.
Sousu bankaya yığıb saxlaya da bilərsiniz. Sousu 300 ml-lik, qaynar su ilə yuyulmuş (yaxud mikrodalğalı sobada pasterizə edilmiş) bankalara yığın, qapağını dərhal bağlayın, 5 dəqiqə tərs çevirin, sonra düz qoyub soyuq yerdə saxlayın. 3 ay müddətində istifadə edin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.