Qırışlara səbəb olan pis vərdişlər

18 Ağustos 2015
1 558
0
Qırışlara səbəb olan pis vərdişlər
Qırışlara səbəb olan pis vərdişlər
Hər bir qadın dərisini cavan və sağlam saxlamaq istəyir.
Lakin bəzi pis vərdişlərimiz buna mane olur, üz dərisinin qocalmasını tezləşdirir. Bu vərdişlərdən mütləq imtina edin!

1. Mimikadan həddən çox istifadə etmək

Əgər insan çox tez-tez gözlərini qıyır, alnını qırışdırır və s. mimik hərəkətlər edirsə, bu qırışların daha tez əmələ gəlməsinə səbəb olacaq. Yapon qadınları xatırlayın – hətta qoca qadınlarda qırışlar az olur. Bunun səbəbi məhz mimikadan az-az istifadə etməsidir. Bu yapon ənənəsidir.

2. Üzə tez-tez əl vurmaq

Bu da növbəti pis vərdişdir. Üz dərisinə tez-tez toxunduqda, siz dərinizi daim dartısız ki, bu da qırışların əmələ gəlməsinə təkan verir. Digər tərəfdən bu sızanaqların və digər səpgilərin əmələ gəlməsinə səbəb olur.

3. Saqqız çeynəmək

Bu ağız ətrafında dərinin dartılmasına və sallanmasına səbəb olacaq. Hər qida qəbulundan sonra 5-7 dəqiqə ərzində saqqız çeynəmək olar (bundan artıq yox!). Nəticədə siz həm dişlərinizi sağlam saxlayacaqsınız, həm də dəriniz əziyyət çəkməyəcək.

4. Günün altında qaralmaq

Gün üz dərisinə olduqca çox mənfi təsir edir – qurudur, elastikliyini azaldır, qocaldır, qırışların əmələ gəlməsinə səbəb olur. Dərinizi cavan saxlamaq istəyirsinizsə, “zaqar”dan imtina edin, xüsusi gündən qoruyan kremlərdən, gün eynəklərindən, şlyapalardan, çətirlərdən istifadə edin.

5. Skrablardan, pilinqlərdən və s. dərini dərin təmizləyən vasitələrdən tez-tez istifadə edilməsi

Bu vasitələr dərini qurudur, onun qoruyucu qatını məhv edir və nəticədə dəri daha tez qocalır, qırışlarla örtülür.
Gündəlik baxım zamanı tərkibində spirt və digər aqressiv maddələr olan kosmetik vasitələrdən daha az istifadə edin. Onlar dərinin normal su balansını pozur, dərini qurudur, qırışların əmələ gəlməsinə səbəb olur.
Dərinizi daim nəmləndirməyə çalışın – bu qırışların ən yaxşı profilaktikasıdır.

6. Düzgün olmayan qidalanma

Qidalanmada şirniyyatların, fast-fud qidaların, yağlı, duzlu, hisə verilmiş, qızardılmış qidaların çox olması bütün orqanizmə mənfi təsir edir. Bu həmçinin dərinin daha tez qocalmasına təkan verir. Dərini cavan saxlamaq istəyən insan mütləq hər gün meyvə-tərəvəz, göyərti, süd məhsulları, sıyıqlar (düyü, yulaf yarması və s.) yeməlidir.
Mayenin qəbulu da çox əhəmiyyətlidir. Az maye qəbul edən insanların dərisi quruyur, bu isə qırışların əmələ gəlməsinə səbəb olur. Gün ərzində 2 l-dən az olmayaq maye qəbul edin. Çay, qəhvə məhdudlaşdırın. Bu içkilər orqanizmin susuzlaşmasına səbəb olur. Adi təmiz su, təbii meyvə şirələri daha yaxşı seçimdir.

7. Yuxunun az olması

Gecə zamanı orqanizm dincəlir və bərpa olunur. Bu həmçinin üz dərisinə də aiddir. Əgər insan daim az yatırsa, orqanizm daha tez qocalmağa başlayır ki, bu da ilk növbədə üz dərisinin vəziyyətinə təsir edir.
Daim 6 saatdan az yatan insanın orqanizmi daha tez qocalmağa başlayır.

8. Qarın üstə yatmaq vərdişi

Bu vərdiş üz dərisinə çox mənfi təsir edir – qan dövranı pozulur, dəri sıxılır, qırışır. Bel və ya böyür üstə yatın – bu tək üz dərisinin deyil, ürək-damar sisteminin sağlamlığı üçün də çox vacibdir.

9. Siqaret çəkmək

Qadın gözəlliyinə ən pis təsir edən vərdişdir. Siqaret çəkən qadınların dərisi nazilir, quruyur, saralır və çox tez qocalır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.