Qaşınızı alarkən, bu səhvləri əsla etməyin

22 Mart 2016
2 335
1
Qaşınızı alarkən, bu səhvləri əsla etməyin
Qaşınızı alarkən, bu səhvləri əsla etməyin

Qaşlarınıza gözəl və cazibədar görünüş vermək üçün çox sayda üsullar vardır. Amma bunların əksinə bir də qətiliklə qaşlara edilməməsi lazım olan qaş şəkilləndirmə səhvləri var.

Qaşlarınızı edəcəyiniz formaya başqası qərar verməsin
Qaşlarınızın necə görünəcəyinə başqası yox, özünüz qərar versəniz daha yaxşı olar. Kimdənsə bu mövzuya dair fikir almaq istəyirsinizsə, işin mütəxəssisindən məsləhət alın. Çünki qaşlarınızın üzünüzə görə necə şəkil almasının doğruluğunu ya bu işin peşəkarı, ya da yalnız özünüz dəqiq bilə bilərsiniz. Qaşların uzanacağı onsuz da məlumdur. Amma hər ehtimala qarşı 1 ay boyunca qəribə qaşlarla gəzmək heç kimin xoşuna gəlməz.


Qaşlarınıza forma verməyi bacarmırsınızsa özünüz etməyin
İplə ya da maqqaşla qaş almaq kənardan baxanda asan gələ bilər, amma əslində elə deyil. Qaşlarınızı asimmetrik, çox incə və ya çox qısa və ya çox qalın etmək istəyərkən istədiyiniz formanı almaya bilərsiniz. Qaşlarınıza gözəl şəkil verəcəyinizə əmin deyilsinizsə icazə verin işin mütəxəssisləri etsin.


Qaşlarınızı düzəltmək üçün istifadə etdiyiniz kosmetik vasitələrdən (maqqaş, ülgüc vəs.) başqalarının istifadə etməyinə icazə verməyin
Seyrək qaşlara forma vermək üçün ən çox qaş tenlərindən istifadə olunur. Və ya qaşlara başqa bir görkəm, qaş almaq üçün maqqaş, ülgüc işlədilir. Əgər bu vasitələrdən istifadə etməzdən öncə və ya sonra spirtlə təmizləməsiniz gigiyenik olmaya bilər. Təmiz olmayan vasitələr qaşlarınızda, alnınızda sızanaqların yaranmasına səbəb olar.


Qaşlar alındıqdan sonra üzünüzə bir şey vurmayın
Tük kökləri çıxdıqdan sonra dəridə 1-2 saat boyunca açıq qalan məsamələr meydana gələr. O məsamələr bağlanmadan nəmləndirici, tonal krem və ya pudra kimi şeylər vursanız sızanaq meydana gəlmə və ya mikrob qapma ehtimalını artırarsınız
.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    bilirdim bu haqda oxumaq yaddashi tezeleyir cox sag olun paylashim ucun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.