Saçları teZ uzadan yağlar

10 Ekim 2014
3 642
0
Saçları teZ uzadan yağlar
Saçları teZ uzadan yağlar

Saçların təbii və sağlam uzanmağına ehtiyacınız var? Bu halda Publika.Az-ın qadın bölməsinin hazırladığı reseptləri nəzərdən keçirin. Bu yağların hər birini apteklərdə rahatlıqla tapa bilərsiniz.


1. Hind yağı, badam yağı, küncüt yağı və ilan yağı - Yağların hamısını bərabər miqdarda bir qaba qoyun. Saç diblərinə masaj edərək yaxşıca yedirin. Streçlə saçlarınızı bağlayıb 45 dəqiqə gözləyin. 45 dəqiqə keçdikdən sonra ilıq su ilə yaxalayın.


2. Hind yağı, badam yağı, ilan yağı, sarımsaq yağı, buğda yağı, Bepanthen ampula – Ampulanı yağların içinə qırın və həfətdə bir dəfə bu qarışığı saçlarınıza çəkin. Saçlarımız gurlaşıb daha tez uzanacaq. Saçlarınızda ən çox 3 saat saxlayın, ilıq su və şampunla yaxalayın.


3. 2 yemək qaşığı zeytun yağını isidin. Saç diblərinə masaj edərək çəkin. Nəmləndirilmiş dəsmalı başnıza bağlayın və 30 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə yuyun.


4. Hamama girməzdən əvvəl gicitkəni qaynadın və suyunu saçınıza çəkin. 15-20 dəqiqə sonra yaxalayın. Saçlarınız inanılmaz dərəcədə uzanacaq və qidalandıracaq.


5. Ərik yarpaqlarını bir qaba qoyub içinə su əlavə edib qaynadın. Hamama girməzdən əvvəl saçlarınıza çəkib 15 dəqiqə gözlədikdən sonra yuya bilərsiniz.
]
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.