Payızda saçları belə qoruyun

12 Ekim 2014
4 985
0
Payızda saçları belə qoruyun
Payızda saçları belə qoruyun

Kimlər üçünsə payız qızıl yarpaqlar, kiminsə üçün isə saçlarla bağlı problem deməkdir. Bu fəsildə saçlar yaydakı kimi parlaq və canlı olmur, tökülür və zəifləyirlər. Bəs nə etməli? Feat.Az payızda saçları qorumağın yollarını təqdim edir.


Payızda saçları belə qoruyun

1. Kəsin - Payızda saçlarınızın uclarını kəsin. Yayın yandırıcı günəşindən sonra bu onların canlanması üçün vacibdir. Ona görə, saçlarınızı tamamilə məhv etməmək üçün bir necə sm hissəsindən keçmək lazımdır. 3 aydan bir saçlarının ucunun kəsilməsi onlara ideal qulluğun tərkib hissəsidir.



Payızda saçları belə qoruyun

2. Təbii maskalar - Soyuqda saçlar üçün vitaminlər mütləqdir. Saçlar incəlir, baş dərisi quruyur və qaşınır. Bu zaman heç bir spirt, kimya tərkibli maddələr olmaz. Məsələn şampuna bir necə damla kokos yağı əlavə edin, yuyandan sonra saçların ucuna yağ sürtün.


Payızda saçları belə qoruyun

3. Tonlaşdırın - yayda saçlar yanır onların rəngi dəyişir. Nəticədə ucla dib arasında rəng fərqi meydana çıxır. Rəngləri bərabərləşdirmək üçün yaxşı bir rəng seçin. Daha yaxşı olarki aminyaksız olsun.


Payızda saçları belə qoruyun

4. Yanmadan müdafiə - Yayda biz başımızı yuyur və fenləmədən küçəyə çıxırıq. Qışda isə bu sadəcə olaraq mümkün deyil. Qurutma, düzləşdirmə zamanı istifadə edilən fen saçları zəiflədir. Bunun üçün avadanlıq alarkən mütləq yüksək keyfiyyətli, yanmadan qoruyanlarını seçin. Çalışın saçlarınızı axşamlar yuyun ki, fendən mümkün qədər az istifadə etməli olasınız.


Payızda saçları belə qoruyun

5. Nəmləndirmə - Soyuq havada nəinki dəri saçlarda quruyur və nəmlənməyə ehtiyac yaranır. Təbii yağlardan hazırlanan maskalar (məsələn, kokos, jojoba) istifadə edin. Bu yağlar saçlara sağlam görünməyə, elektriklənmənin azalmasına imkan verəcək.


Payızda saçları belə qoruyun

6. Papaq taxın - Papaq saç düzümünüzü korlayır? Amma inanın bu onları itirməkdən daha yaxşıdır. Ümumiyyətlə payız-qış at quyruğu və hörük vaxtıdır. Papaq həm bu saç düzümlərini korlamayacaq, həm də dəbli görünəcəksiz.


Payızda saçları belə qoruyun

7. Masaj - Baş dərisinin masajı qan dövranını yaxşılaşdırır. Demək saçlarınız tez uzanacaq və sağlam olacaq. Yuxudan öncə 10 dəqiqəlik masaj saçlarınızın sağlamlığı üçün əla vasitədir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET