Çiy kartofu ortadan ikiyə bölərək qaşınan yerə qoyun...

12 Ocak 2021
1 667
0
Çiy kartofu ortadan ikiyə bölərək qaşınan yerə qoyun...
Dilimlənmiş kartof qırışlar və gözaltı qaralmalar üçün olduqca faydalıdır.

Dilimləyərək kəsdiyiniz kartofları gözlərinizin üstünə hər gün tətbiq etsəniz, həm qırışlarınız azalacaq, həm gözaltı qaralmalarınız gedəcək, həm də dəriniz daha gənc bir görüntü əldə edəcək..
Feat.Az-ın məlumatna görə, hörümçək sancmalarını və qaşıntıları aradan qaldırmaq üçün çiy kartofu ortadan ikiyə bölərək qaşınan yerə qoyun. Bu tətbiq qaşıntını və allergik vəziyyəti aradan qaldıracaq.

Kartof dərini təmizləyir:


Kartofu rəndələyərək üzünüzə 10 dəqiqə masaj edərək tətbiq etsəniz, dərinizin ölü hüceyrələrdən və yağlardan təmizlənməsinə yardımçı olacaqsınız.

Saç toniki:


Kartofun qabıqlarını bir miqdar suda qaynadaraq suyunu saçlarınıza tətbiq edə bilərsiniz. Bu vasitə ilə saçlarınıza təbii rəng qazandıra bilərsiniz. Bu tətbiq ilə eyni zamanda saçlarınızın rəng tonunu tündləşdirməyə qadirdir.

Kartofla günəş yanıqlarını müalicə edin:


Kartof günəş yanıqları üçün möcüzəvi müalicə üsuludur. Bunun üçün dilimlədiyiniz kartofu yanıq olan hissəyə qoyun və 10 dəqiqə gözləyin. Bu tətbiqlə həm yanıqların verdiyi ağrını azalda, həm də günəş şüalarının verdiyi ziyanı aradan qaldıra bilərsiniz.
Mənbə:qadinklubu.com
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET