Qışda dərini nəmləndirmək üçün MASKA,qaşığı, aylarında, limon, yumurta, qurumasını, gözləyin, Dərinizə, sürtün, qarışdırın, limonu, əlavə, t

Qışda dərini nəmləndirmək üçün MASKA

01 December 2017
462
0
Qışda dərini nəmləndirmək üçün MASKA
Qış aylarında dəri daha çox quruyur. Bu isə üzdə narahatlıqlara, onun çatlamasına, dartılmasına səbəb olur. Bəs qış aylarında quruyan dəriyə necə qulluq etmək lazımdır? Feat.Az bununla bağlı sizə faydalı nəm maskasının reseptini təqdim edir.

Lazım olanlar:

1 ədəd yumurta
1 çay qaşığı təbii bal
1 çay qaşığı limon

Hazırlanması:


Uyğun bir kasanın içərisinə yumurtanı qırıb, üstünə bir çay qaşığı balı və bir çay qaşığı təzə sıxılmış limonu əlavə edib, taxta qaşıqla qarışdırın. Dərinizə sürtün və qurumasını gözləyin. Dəridə tamamilə quruduqdan sonra maskanı ilıq su ilə təmizləyə bilərsiniz.

Bal dərinizi nəmləndirəcək, yumurta enerji verəcək, limon isə dərinizin parıldamasına kömək edəcək.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz