Üz dərisini əla təmizləyən UCUZ VASİTƏ

28 Aralık 2017
3 097
0
Üz dərisini əla təmizləyən UCUZ VASİTƏ
Təmiz və gözəl dəri hər qadının arzusudur. Bəzən çox ucuz və əlçatan vasitələrdən istifadə etməklə dərinin vəziyyətini xeyli yaxşılaşdırmaq mümkündür. Belə vasitələrdən biri "perekis"dir.

Feat.Az
saglamolun.az-a istinadən bildirir ki, hidrogen peroksidi (el arasında - "perekis") kosmetologiyada geniş istifadə olunur. Antiseptik təsirə malik olan perekis həqiqətən dərini yaxşı təmizləyir və ağardır, qızartını, çivzə və sızanaqları yox edir.

Lakin bu vasitədən ehtiyatla istifadə etmək lazımdır. Düzgün istifadə etmədikdə və ya çox tez-tez istifadə etdikdə perekis dərini qurudur, qabıqverməyə gətirib çıxardır. Bu səbəbdən dərinizə ziyan vurmamaq üçün perekisdən istifadə etdikdə bu qaydalara əməl edin:

- yalnız 3%-lik perekisdən istifadə edin.

- istifadə etdikdən əvvəl test edin - perekisi dərinin görünməyən hissəsinə (məsələn, qulağın arxasına) çəkin və bir qədər gözləyin. Dəri qızararsa, səpərsə, istifadə etməyin.

- perekis bütün üz dərisinə deyil, yalnız səpkilərin üzərinə çəkilir. Perekisi pambıq diskə hopdurub sızanaq və çivzələrin üzərinə çəkin.

- perekisi hər gün və uzun müddət ərzində istifadə etməyin.

- dəriniz quru və həssas, allergiyaya meyllidirsə, perekisdən istifadə etməyin.

- perekis selikli qişalara və gözlərə düşməməlidir.

Perekis həmçinin müxtəlif ağardıcı və təmizləyici maskaların tərkibində də istifadə olunur. Məsələn, gil + perekis, kəsmik + perekis və s.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.