Üzdəki tükləri tökən MASKA

10 Ocak 2018
3 620
0
Üzdəki tükləri tökən MASKA
Estetik baxımdan olduqca pis bir görünüşə səbəb olan üzdəki tüklər qadınlarda narahatlıqlara səbəb olur. Amma üzdəki istənməyən tüklərdən qurtulmağın təbii üsulları da var. Feat.Az sizə asan yolla bu problemi aradan qaldıracaq reseptləri diqqətinizə çatdırır.


Ləbləbi tozu maskası

Lazım olanlar:
1 yemək qaşığı qaymaq
2 yemək qaşığı ləbləbi tozu
1 çay qaşığı sarıkök
2 çay qaşığı süd


Hazırlanması:

Bütün ləvazimatları bir qabın içərisinə qoyun. Yumşaq bir hal alana qədər qarışdırın. Əldə etdiyiniz qarışımı üzünüzə sürtün və 20 dəqiqə qurumasını gözləyin. Daha sonra ilıq su ilə yuyun. Əgər üzünüzdəki tüklərdən tamamilə qurtulmaq istəyirsinizsə, bu maskanı həftədə 3 dəfə təkrarlamalısınız. Bu maska ilə həm dərinizdəki ölü hüceyrələrdən azad olacaq, həm də toksinləri atmış olacaqsınız. Maska eyni zamanda üzünüzdəki tüklərin və dəri rənginizin də açılmasını təmin edəcək.


Qarğıdalı unu maskası

Lazım olanlar:

1 ədəd yumurta ağı
1 çay qaşığı şəkər
1 çay qaşığı qarğıdalı unu


Hazırlanması:

Bütün ərzaqları qarışdırın. Sonra əldə etdiyiniz qarışımı üzünüzə vurun və 20 dəqiqə gözləyin. Zaman dolduqdan sonra ilıq su ilə üzünüzü yuyun. Bu maskanı həftədə 2 dəfə üzünüzə vura bilərsiniz.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.