Vazelini kirpiklərinizə sürtün və... - İNANILMAZ FAYDALARI

01 Mayıs 2018
2 334
0
Vazelini kirpiklərinizə sürtün və... - İNANILMAZ FAYDALARI
Vazelin dəriyə qulluq vasitələri arasında ən faydalı kremlərdən biridir. Feat.Az həm gözəllik üçün, həm də həyat şərtlərinizi asanlaşdırmaq üçün vazelinin müxtəlif istifadə yolları barədə məlumat verir.



- Təraşdan sonra dərini yumşaldır.



- Dodaqları yumşaq edir və parlaq göstərir.



- Günəşdə yanmayan nahiyələrinizə, xüsusilə, dizlərinizin arxasına və biləklərinizin içinə sürtsəniz, aradakı rəng fərqini bağlayacaq.



- Qaşlara sürtdükdə dərini yumşaldır və onları daha ağrısız şəkildə ala bilərsiniz.



- Kirpiklərin böyüməsinə kömək edir. Gecə kirpiklərinizə sürtün və təsirini görün.



- Quru dəriyə sürtdükdə dərhal təsirini göstərir.



- Saçlarınızı boyayarkən saçınızla alnınızın birləşdiyi yerə sürtün, beləliklə, boya üzünüzdə iz buraxmayacaq.



- Quru və çatlamış dirsəkləri yumşaldır.



- Ətir vurduğunuz nöqtələrə vazelin çəkmək qoxunun daha qalıcı olmasını təmin edir.



- Vazelinin məsamələri tıxaması ilə bağlı bilinənlər yanlışdır. Tam əksinə, daha yumşaq bir dəri üçün üzünüzə, boynunuza və qollarınıza sürtə bilərsiniz.



- Gecədən qalan makiyajı təmizləməyi asanlaşdırır.



- Göz makiyajının altına, yanaqlarınıza və dodaqlarınıza sürtdüyünüzdə daha parlaq və təzə bir görünüş verəcək.



- Saçlarınızın ucları sağlıqsız görünürsə, az miqdarda saçlarınıza sürtün.



- Paltarlarınıza bulaşmış kosmetika izi varsa, bunların üzərinə vazelin sürtərək, daha asan çıxmalarını təmin edəcəksiniz.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.