Dodaqları daha həcmli göstərəcək 4 addım

23 Ağustos 2021
355
0
Dodaqları daha həcmli göstərəcək 4 addım
Daha dolğun dodaqlara sahib olmaq üçün estetik müdaxilələrlə yanaşı təbii yollar da var. Bəzi idman hərəkətləri sayəsində özünüz üçün problem olaraq gördüyünüz bu vəziyyəti aradan qaldıra bilərsiniz.

Feat.Az
4 idman hərəkəti ilə dodaqların daha dolğun görünməsinə imkan verən məşqləri təqdim edir.

Dodaqları büzmək

Dodaqlarınızı bir neçə dəfə büzərək hərəkətə başlayın. Bir neçə saniyə bu şəkildə saxlayıb buraxın. Bu hərəkəti 5-6 dəfə təkrarlayın. Bu dodaq konturunu daha gözə çarpan formaya salaraq dolğun görünməsinə imkan verəcək.

"O" hərfini demək

Bu səsi təkrarlayarkən dodaqlarınızı mümkün qədər geniş açdığınızdan əmin olun. Bu vəziyyətdə təxminən 4-5 saniyə qalın və dodaqlarınızı buraxın. Bu məşqi gündə 3 dəfə ardıcıl təkrar edə bilərsiniz.

Dodaqlarınızı qaldırın

Çətin görünsə də əslində çənə əzələlərinizi gücləndirəcək bu məşq dodaqlarınızın kənarlarını genişləndirərək dolğun görüntü bəxş edəcək. Dodaqlarınızı burnunuza doğru qaldırmağa çalışın və bir neçə saniyə bu vəziyyətdə qalın.

Sourmaq

Qələmi iki dodağınızın arasına qoyub çöplə su içirmiş kimi hərəkət etdirin. Bu əzələlərinizi hərəkətə keçirməyə sövq edəcək. Təxminən 5 saniyə edəcəyiniz bu məşq dodaqlarınızda böyük dəyişiklik yaradacaq.
Mənbə:axsam.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET