islam

26 Ağustos 2014
6 073
0
islam
islam

İslamın mənası

Qur`ani-kərimin bə`zi ayələrində "İslam” və ondan düzələn digər sözlərdən istifadə olunmuşdur.

İslam dedikdə bə`zən insanı Allah-taalaya tam təslim etmək istəyən ilahi dinlərin, bə`zən Allahın yeganəliyi və Onun rəsulu həzrət Məhəmmədin (s) haqq olmasına dildə şəhadət vermək, bə`zən də iman nəzərdə tutulur.

Ümumi şəkildə belə bir nəticə çıxarmaq olar ki, İslam təslim olmaq deməkdir. Qəlbən İslamı qəbul etmək iman adlanan e`tiraf və yəqindən, dildə İslamı qəbul etmək, onu iqrar edib şəhadət verməkdən, bədəni və xarici görünüşülə İslamı qəbul etmək Allah-taalanın əmrlərini yerinə yetirməkdən, İslamı mütləq qəbul etmək isə insanın bütün yönlərinə aid "təslim”çilikdən ibarətdir. Təbii ki, belə bir İslam həmişə imanla birgədir. Beləcə, hər bir müsəlmanı mö`min də adlandırmaq olar. Lakin İslam bə`zən yalnız dildə, yaxud əməldə görünür. Qur`ani-kərim belə insanları daxilən kafir olmaları aşkarlanana qədər müsəlman hesab edir.


İslamın dərəcələri

Birinci dərəcə: Dildə Allahın yeganəliyinə və həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət vermək; istər qəlbən qəbul etsin, istərsə də etməsin.

İkinci dərəcə: İnsan öz qəlbində Allah-taalaya və dini məsələlərə ümumi şəkildə iman gətirib, baş əyir. Bu dərəcədə insanın saleh əməllər yerinə yetirməsi tələb olunur. Onun bə`zən ilahi əmrlərdən boyun qaçırması da ehtimal edilir. "Zuxruf”surəsinin 69-cu, "Bəqərə” surəsinin 208-ci ayələrində İslamın bu dərəcəsinə işarə olunmuşdur.

Üçüncü dərəcə: İnsan qəlbində Allah-taalanın əmr və qadağalarını incəliklərinə qədər qəbul edir və Ona təslim olur. Bu dərəcədə insan canla-başla Allaha təslim olur və elə itaət edir ki, sanki Onu görür; əgər özü Onu görmürsədə, elə hiss edir ki, Allah onu görür. İnsani keyfiyyətlərə və səciyyəvi xüsusiyyətlərə malik olmaq, baş əymək, razı qalmaq, zahid və təqvalı olmaq... bu dərəcənin tələb etdiyi sifətlərdəndir.

Dördüncü dərəcə: İnsan öz vücudunu tam mə`nada Allahın ixtiyarına verir. Bu dərəcəyə yalnız ilahi övliyalar malik ola bilər. Bə`zi alimlər İslamın bu dərəcəsini"böyük İslam” adlandırmışlar.

İslam və imanla bağlı aşağıdakı iki rəvayətə diqqət yetirmək çox faydalıdır:

1. Məsumlardan: (ə)"İnsanın mö`min adı qazanmasının minimum şərtləri hansılardır?” – deyə soruşulduqda, buyurdular: "Haqq Allahdan başqa heç bir mə`bud olmamasına şəhadət vermək, bir olan Allahdan başqa heç bir şeyə pərəstiş etməmək, Onun Rəsulunu (s) və imamları qəbul etmək.”

2. İmam Sadiq (ə) buyurmuşdur: "Bə`zi vaxtlar Allahın bəndələri mö`minlikdən öncə müsəlman olurlar, lakin müsəlmanlıqdan öncə mö`min ola bilmirlər. Buna əsasən, İslam imandan qabaqkı bir mərhələ və dərəcədədir. Onun (İslamın) imanla müştərək nöqtələri var. (Allah-taalanın qadağan etdiyi) Kiçik və böyük günahlara yol verənlərə iman (mö`min) yox, yalnız İslam (müsəlman) adı vermək olar. Əgər onlar tövbə etsələr, iman mərhələsinə qayıda bilərlər. Onları yalnız inkar və "istihlal”halı küfrə sövq edər. «İstihlalın» mə`nası budur ki, Allahın halalını haram, haramını isə halal bilib, buna qəlbən etiqad bəsləsinlər. Belə bir şəriatdə onlar İslamdan çıxıb, küfr vadisinə daxil olarlar.”

Beləliklə, yalnız icmali yəqin və elm həddində Allaha mə`rifəti olanlar mö`minlər zümrəsindən sayıla bilər. Qeyri-mö`minlərdə isə belə bir mə`rifət yoxdur. Onlar ya şəkk-şübhə, ya nadanlıq, ya güman, ya da hər üçünə qərq olmuşlar. Eləcə də, küfr, ikiüzlülük və şirkin yaranmasına yalnız mə`rifət və Allahı tanımaq maneələri yox, bə`zən əxlaqi və psixi amillər də öz tə`sirini göstərir.


Mənbə: "Tövhid və İlahi ədalət mövzusunda suallar və cavablar" kitabı

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.