Allah dualarımızı qəbul etsin

16 Şubat 2015
1 860
0
Allah dualarımızı qəbul etsin
Allah dualarımızı qəbul etsin

1. “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram.
Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram”. (Hud, 47)

2. Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və (bütün)
mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”. (Nuh, 28)

3. “Ey Rəbbimiz! (bunu) bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!
Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et.
Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən,
Sən tövbələri qəbul edənsən, Rəhmlisən! (əl‐Bəqərə, 127‐128)

4. Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et!
Ey Rəbbimiz! Duamı qəbul elə! (İbrahim, 40)

5. Ey Rəbbimiz! Haqq‐hesab günü məni, valideynlərimi və möminləri bağışla!” (İbrahim, 41)

6. Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!
Sonra gələnlər arasında (həmişə yad) (edilim) (deyə) mənə yaxşı ad qismət elə!
Məni Nəim bağının varislərindən et! Onların dirildiləcəyi gün məni rüsvay etmə! (əş‐Şuəra, 83‐85, 87)

7. “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (övlad) bəxş et!” (əs‐Saffat, 100)

8. “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et!
Şübhəsiz ki, Sən duaları Eşidənsən”. (Ali‐İmran, 38)

9. “Ey Rəbbim! Məni tənha buraxma.
Sən varislərin ən yaxşısısan!” (əl‐Ənbiya, 89)

10. “Ey Rəbbim! Elmimi artır!” (Taha, 114)

Amin...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.