Ölümü sevmək mi? Ölümdən qorxmaqmı?

30 Ağustos 2014
2 393
0
Ölümü sevmək mi? Ölümdən qorxmaqmı?
Ölümü sevmək mi? Ölümdən qorxmaqmı?

Ölüm Allah'a qovuşmaqdır. Bunu bilən və iman edən mömin, ölümü sevərək qarşılayar. Çünki mömin, Allah'a qovuşmağı arzu edər. Allah da möminə qovuşmağı arzu edər. Bu səbəbdən mömin, Allah`dan qorxar, lakin ölümdən qorxmaz. Necə ki, Allah qorxusu da möminə yüksək savab və dərəcə qazandırmaqdadır. İman-ı kamilin işi budur.
Rəsulullah Əfəndimiz (sallallahu aleyhi və səlləm.), ölmək üzrə olan bir gənci ziyarət etmişdi. Gəncə buyurdu ki:
"Özünü necə hiss edirsən?"
Gənc, "Vallah ya Rəsulullah, Allah'ın rəhmətini ümid edirəm. Lakin günahlarımdan qorxuram! " dedi. Bunun üzərinə Rəsul-i Əkrəm Əfəndimiz (sallallahu aleyhi və səlləm.),
"Bu kimi yerdə o ikisi (ümid ilə qorxu) qulun qəlbində bir araya gələrsə, Allah şübhəsiz ona ümid etdiyini verər və onu qorxduğundan əmin edər" buyurdu. (Tirmizî, Cənazə, 10.)
Peyğəmbər Əfəndimiz (sallallahu aleyhi və səlləm.) bir başqa hədislərində buyurdu ki:
"Hər kim Allah'a qovuşmağı arzu etsə, Allah da ona qovuşmağı arzu edər. Və hər kim Allah'a qovuşmağı arzu etməzsə, Allah da ona qovuşmağı istəməz. "
Həzrəti Aişə (Allah ondan razı olsun) dedi ki:
"Ya Rəsulullah! Hamımız ölümü sevmərik! "
Peyğəmbər Əfəndimiz (sallallahu aleyhi və səlləm.),
"O mənada deyil. Lakin mömin, can verərkən Allah'ın rəhməti, razılığı və cənnəti ilə müjdə verildiyi zaman, Allah'a qovuşmağı arzu edər və Allah da ona qovuşmağı arzu edər. Kafir isə, Allah'ın əzabı və qəzəbiylə müjdələnər də, Allah'a qovuşmaqdan və Allah da ona qovuşmaqdan xoşlanmaz" buyurdu. (Tirmizî, Cənazə, 67; Müslim, Zikr, 15; Buxârî, Riqaq, 41; İbn-i Mâcə, Zühd, 31; Nəsâî, Cənazə, 10.)

İnsanın ölümlə hara getdiyini və hara sövq olunduğunu soruşan Bədiüzzaman Səid Nursi, sualına özü cavab verir:
İnsan elə bir Cənnət həyatına dəvət olunur ki, o Cənnət həyatının bir saatlıq ləzzəti, min illik məsud, bəxtiyar və rahat dünya həyatıyla əldə edilmir.
Bundan da sonrası: İnsan elə bir yüksək hüzura dəvət olunur ki, o hüzurda Allah`ın bənzərsiz camalını görməyə nail olmanın bir saatı, xoşbəxtlik etibarilə min illik Cənnət həyatında yoxdur.
Bədiüzzamana görə, insan heç dayanmadan belə bir yüksək hüzura gedir, aparılır və sövq olunur. Belə ki, insanın, âşıq, tutqun və düşkün olduğu dünya sevgililərində gördüyü bütün gözəlliklər, Allah`ın bənzərsiz gözəlliyinin minlər pərdələrdən keçmiş bir növ kölgəsindən ibarətdir.
Bütün Cənnət, bütün gözəllikləriylə Allah'ın rəhmətinin bir tək cilvəsindən ibarətdir. Bütün sevgilər, muhabbətlər, eşqlər və cazibələr, Allah'ın bir tək məhəbbət parıltısından ibarətdir.
Məhz, insan belə bir Məbud-ı Ləmyəzəl'in və bir Məhbub-u Lâyəzâl'in hüzuruna gedir və əbədi ziyafətgâhı olan Cənnətə çağırılır.
Qur'an`da bir çox ayədə bəyan olunan, "Ona döndərilirsiniz." ifadəsi bu yüksək dönüşü xəbər verir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.