Birlikdə oxunan dua qəbuldur

14 Ağustos 2014
6 882
0
Birlikdə oxunan dua qəbuldur
Birlikdə oxunan dua qəbuldur

Birlikdə oxunan dua qəbuldur
Duanın ədəblərindən biri də birlikdə dua etməkdir. Ola bilməz ki, 40 nəfər dua etsin və onların duası qəbul olmasın. Nə qədər çox adam dua etsə, bir o qədər dua təsirli olar. Əgər 40 dənə pak ürək "Ya Allah” desə, necə ola bilər ki, dua qəbul olmasın. Mübahilə hadisəsində Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm tək gəlmədi, İmam Əli, Fatimə, Həsən və Hüseyn əleyhimus-salam ilə birlikdə gəldi. Allah-Taala birlikdə edilən duanı çox istəyir, sevir. İmam Sadiq əleyhis-salam buyurur: Atam İmam Baqir əleyhis-salam mühüm hacəti olanda evdəkilərin hamısını, hətta kənizləri və qulları bir yerə yığıb deyirdi: "Mən dua edirəm, siz də amin deyin!”
Məqsəd budur ki, dua birlikdə olunsa çox gözəl olar. İstər hamı birlikdə dua oxuya, istərsə də bir nəfər dua oxuya qalanları amin deyə.
Həzrəti İmam Zeynəl Abidin əleyhis-salam ramazan ayının axırıncı günü kənizləri və qulları bir yerə yığıb, onların arasında duraraq buyurardı: "Mənim üçün dua edin və Allahdan mənim bağışlanmağımı istəyin”
Rəvayətdə buyururlar: Əgər dua etmək üçün 40 nəfər olmasa, 10 nəfər bir yerə cəmləşin. Hər biriniz 4 dəfə dua edin. Əgər 10 nəfər olmazsa, 4 nəfər bir yerdə yığılın və hər biriniz 10 dəfə dua edin. Əgər bir nəfər olsan 40 dəfə dua et!

Duadan qabaq Allaha həmd və şükür
Duanın şərtlərindən başqa biri də duadan qabaq Allaha şükr və həmd etməkdir. Məsələn, "Covşən Kəbir” duasında bir neçə fəsil oxusun, ya İmam Əli əleyhis-salamdan nəql olunmuş aşağıdakı duanı oxusun:
Allaha həmd və səna göndərəndən sonra öz günahlarına iqrar edərək onların bağışlanmasını istəsin. Həmçinin, Allahın nemətlərini saysın.
İmam Hüseyn əleyhis-salam "Ərəfə” duasında Allahın bütün nemətlərini sayır. İmam Hüseyn əleyhis-salam Allaha ərz edir: "Pərvərdigara, məni anamın qarnından dünyaya gətirdin, nemətləri verdin, paltar verdin.”
İmam Səccad əleyhis-salam "Əbuhəmzə Somali” duasında Allaha ərz edir:
"Ey mənim Ağam, mən kiçik idim, məni tərbiyə etdin. Heç nə bilmirdim məni alim etdin. Azmışdım, hidayət etdin. Mən kiçik bir insan idim, məni yüksəltdin.”
İmam Sadiq əleyhis-salamdan soruşdular: "Bu qədər dua edirəm nə üçün qəbul olmur?”
Buyurdu: "Çünki, duanın şərtlərinə əməl etmirsən.”
Duanın başqa bir şərti duadan qabaq salavat deməkdir. Çünki, Məhəmməd səlləllahu əleyhi və alihi və səlləm və Onun Əhli-beytinin bizim boynumuzda haqqı vardır. Həmçinin, onların hörmətinə xatir, biz də hörmət sahibi oluruq.


Mənbə: "Quran və qiyamət" kitabı
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.