Dişləri yumaq haqqında

20 Mart 2015
2 187
0
Dişləri yumaq haqqında
Dişləri yumaq haqqında


Dişləri yumaq haqqında



İmam Sadiq (ə)-dan nəql olunmuş hədislərin birində deyilir:"Dişləri fırça ilə yumaq peyğəmbərin ən gözəl xüsusiyyətlərindən biri olmuşdur. Peyğəmbər (s)-dan nəql olunmuş hədislərdən birində deyilir: "Dişlərimin xarab olub tökülməsindən qorxduğumu görüb Cəbrail (mələk) mənə dişlərimi yumağı əmr etdi. Başqa bir hədisdə deyilir. "Cəbrail diş yumağı o qədər mənə təkid etdi ki, bu işi öz ümmətim üçün vacib olacağını güman edirdim. İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Diş yumağın on iki gözəl xüsusiyyəti vardır. Bu xüsusiyyətlər peyğəmbərin adət-ənənələrindən hesab olunurdu və o xüsusiyyətlər bunlardı: Ağızı təmiz saxlayır, gözlərin görmə qabiliyyətini gücləndirir, iştahını artırır, xeyirli işlər görməkdə insana gözəl əhval-ruhiyyə verir və nəhayət bu iş Allah-təalanın mələklərinin razılığına səbəb olur. Başqa bir hədisdə göz yaşlarının qarşısını aldığına da işarə edilmişdir. Bu da gözün görmə qabiliyyətinin yaxşılaşmasına müsbət təsir göstərir. Peyğəmbər (s) səhabənin dişlərində saraltı gördükdə onlara dişlərini yumağı təkid edərdi. Peyğəmbər (s) Əli (ə)-a etdiyi tövsiyələrin birində buyurur: "Hər dəfə namaza durduqda dişlərini yu ki, ağzından kərahətli iy gəlməsin. İmam Rza (ə)-dan nəql olunmuş rəvayətdə deyilir: Həzrəti İbrahim (ə)-ın gətirdiyi hənəfiyyə dinin on əsas adət-ənənəsi olmuşdu. Bu on adətin beşi başa, beşi isə bədənə aiddir. Başa aid olan adətlər bunlardır; Dişləri fırça ilə yumaq, başın tükünü iki hissəyə ayırmaq, (dəstəmaz alarkən başa məsh çəkmək üçün, ağıza su alıb qar-qara etmək və buruna su alıb yuxarı çəkmək (bu əməl şəriətdə istinşaq adlanır). Bədənə aid olan adətlər bunlardır; Oğlan uşaqlarını kiçik yaşlarında sünnət etmək, nəcis xaric olan yerləri təmizləmək, dırnaq tutmaq və cinsi orqanların ətrafındakı tükləri azaltmaq.


Başqa bir mənbədə belə izah olunur. Başqa aid olan adət-ənənələr bunlardır;Saqqalın tükünü müəyyən qədər uzadıb artıq tükləri azaltmaq, (yəni saqqal müəyyən olmuş həddən artıq "dörd barmaq”dan artıq saxlanılmamalıdır. Az saxlamağın isə bir günahı yoxdur), başın tükünü qırxmaq, dişləri yumaq və dişlərin dibini yeməkdən sonra təmizləmək. Bədənə aid olan adət-ənənələr isə bunlardan ibarətdir; Bədəndə olan tükləri azaltmaq, oğlan uşaqlarının kiçik yaşlarında sünnət etdirmək, dırnaq tutmaq və cənabət qüslu almaq və bədəndən nəcis xaric olan yerləri su ilə pak etmək.

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: Gecə namazlarına durduğunuz zaman dişlərinizi yaxalayın.Çünki, bu namazları qıldığınız zaman mələklər ibadətlərinizi asimana (Allah dərgahına ) qaldırmaq üçün sizin yanınıza gələrlər.Onlar ağızlarını sizin ağızınıza yaxınlaşdırıb oxuduğunuz dua və surələri diqqətlə dinləyərlər.Ağzlarınızdan yaxşı iy gələrsə, ibadətləriniz lazımınca yerinə yetirilərsə mələklər dərhal onu Allah-təalanın dərgahına qaldırarlar.Əli İbni Cəfər qardaşı imam Musadan (ə) soruşur: Gecə namazına duran şəxs diş fırçası olmadıqda dişlərini barmaqları ilə yuya bilərmi?İmam Musa (ə) cavab verir: Əgər sübh namazına vaxt qalarsa (yəni dişlərini fıçaladığı müddət ərzində sübh namazının vaxtı daxil olacaqsa) dişləri barmaqla yumağın heç bir eybi yoxdur. Peyğəmbər (s) zehni qüvvətləndirmək üçün bu üç şeyi məsləhət görərdi; Dişləri yumaq. Kəndər otunu çeynəmək, və Quran oxumaq (əzbərləmək).Peyğəmbər (s)-dan nəql olunmuş başqa bir hədisdə deyilir: Dişləri fırça ilə yumaq, xoş iyli ətirlər vurmaq, başa xına yaxmaq və qadınla (halal) yaxınlıq etmək zehni qüvvətləndirər. İmam Məhəmməd Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Kəbə evinə ziyarətə gələn şəxslərin bəzilərinin ağızlarından pis iy gəldiyi üçün Kəbə evi Allah-təalaya onlardan şikayət edir. Allah-təaladan ona belə bir xitab edilir: Ey Kəbə ! Tezliklə bu şəxslərin əvəzinə, səni səliqəli və dişlərini ağac çöpləri ilə təmizləyən kəslər ziyarət edəcəkdir.

Həzrəti Məhəmməd (s) peyğəmbərliyə təyin olunduqdan sonra Cəbrail ona xüsusi ağac (aral) kötüyü verdi və gün ərzində dişlərini bir neçə dəfə təmizləməyi əmr etdi. Rəvayətlərdən birində deyilir:"Dişlərinizi dəstəmaz almazdan əvvəl yuyun, yox əgər yadınızdan çıxarsa dəstəmaz aldıqdan sonra yuyub üç dəfə yaxalayın.Əli(ə)-dan nəql olunmuş hədisdə deyilir: Dişlərinizi yuduqdan sonra dəstamaz alıb namaza duran şəxslər mələklərin xüsusi diqqətində olarlar. Onlar ağızlarını namaz qılan şəxsin ağzına yaxınlaşdırıb onun dediklərini diqqətlə dinləyirlər. Dişlərini yumazsa mələk kənarda duraraq namazını dinləyər.Peyğəmbər (s) dişləri yuyulmuş şəxsin yetmiş rükət namazından daha xeyirli bilmişdir. Bu barədə nəql olunmuş digər iki hədisdə deyilir: Dişlərinizi fırça ilə yuduqdan sonra su ilə bir neçə dəfə yaxalayın. Çimərkən diş yumayın çünki, bu iş dişlərin tökülməsinə səbəb olur. Dişlərinizi fırça ilə yuduqdan sonra su ilə bir neçə dəfə yaxalayın. Dişlərinizi gün ərzində üç dəfə yuyun və onların diblərinə xüsusi diqqət yetirin
.


R.t.Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.