Fatimə (s.ə)-nin həyat yoldaşı ilə davranışından bir nümunə.

20 Mart 2015
1 448
0
Fatimə (s.ə)-nin həyat yoldaşı ilə davranışından bir nümunə.
Fatimə (s.ə)-nin həyat yoldaşı ilə davranışından bir nümunə.

Fatimə (s.ə)-nin həyat yoldaşı ilə davranışından bir nümunə.

Əbu Səid Xudradan nəql olunur:



Bir gün həzrəti-Əli(ə.s) acımışdı. Evə gəlib xanımından yemək istədi. Fatimə (s.ə) ərz etdi:


–Atamı Peyğəmbər, səni isə onun vəlisi qərar verən Allaha and olsun ki, evdə yeməyə bir şey yoxdur. İki gündür, yeməyimiz qurtarıb. Əgər olsaydı, onu özümdən və oğullarım Həsənlə Hüseyndən qabaq sənin üçün saxlayardım.

Əli(ə.s) buyurdu:

– Fatimə, bəs niyə mənə xəbər verməmisən ki, sizin üçün yemək tapım?

Fatimə (s.ə) belə cavab verdi:

– Ey Əbülhəsən, mən Allahımdan utanıram ki, səndən qüdrətində olmayan bir şeyi tələb edim.



Ev və çöl işlərinin bölünməsi.

«Qərbül-əsnad» adlı kitabda İmam Sadiq(ə.s)-in İmam Baqir (ə.s)-dən eşitdiyi hədis qeyd olunur:

Bir gün həzrəti-Əli(ə.s) ilə Fatimə (s.ə) ev və çöl işlərini öz aralarında bölüşdürməkdən ötrü Peyğəmbər (s)-in yanına gələrək onların arasında qəzavət etməsini xahiş etdilər. Peyğəmbər (s) ev işlərini Fatimə (s.ə)-nin, çöl işlərini isə Əli(ə.s)-nin öhdəsinə qoydu. Fatimə (s.ə):

«Təkcə Allah şahiddir ki, mən bu bölgüdən necə xoşhal və razıyam, çünki Allahın Rəsulu(s) mənə elə iş tapşırdı ki, mənim daha evdən bayıra çıxmağıma ehtiyac yoxdur və naməhrəmlərin gözündən uzaq olacağam», – deyə buyurdu.

R.t..Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.