Düşünmək haqqında hədislər

02 Nisan 2015
2 721
0
Düşünmək haqqında hədislər
Düşünmək haqqında hədislər

Düşünmək.
Quran
«Allah öz ayələrini sizin üçün elə aydınlaşdırdı ki, bəlkə düşünəsiz.» (Bəqərə, ayə 219)

Hədis:
5116. İmam Əli (ə): «Düşünmək yaxşılığa və ona əməl etməyə çağırar.» (əl-Kafi, c. 2, səh. 55, hədis 5)
5117. İmam Əli (ə): «Kim düşünsə gözü açılar.» (Nəhcül-Bəlağə, məktub 31)
5118. İmam Əli (ə): «Hər kim öyrəndiyi şey barədə çox düşünsə, öz biliyini gücləndirər və başa düşmədiklərini anlayar.» (Ğurərul-hikəm, hədis 8917)
5119. İmam Əli (ə): «Heç bir bilik düşünmək qədər deyil.» (Nəhcül-Bəlağə, hikmət 113)
5120. İmam Əli (ə): «Düşüncə saf bir güzgüdür.» (Nəhcül-Bəlağə, hikmət 5)
5121. İmam Həsən (ə): «Düşünmək bəsirət sahibinin ruhunu diri saxlar.» (Biharul-Ənvar, c. 78, səh. 115, hədis 11)
5122. İmam Həsən (ə): «Sizə ilahi təqvanı və davamlı düşünməyi tövsiyə edirəm. Çünki düşünmək bütün yaxşılıqların ata-anasıdır.» (Tənbihul Xəvatir, c. 78, səh.52)
5123. İmam Sadiq (ə): «Düşünmək yaxşılıqların aynası və pisliklərin örtüyüdür.» (Biharul-Ənvar, c. 71, səh. 326, hədis 20)

1488. Düşünmək kimi ibadət yoxdur.
5124. «Tənbihul-Xəvatir»: Əbuzərin anasından Əbüzərin ibadəti barədə soruşdular. O, dedi: Bütün insanlardan kənar gəzər və düşünərdi.» (Tənbihul-xəvatir, c. 1, səh. 250)
5125. İmam Sadiq (ə): «Ən üstün ibadət Allah və Onun qüdrəti barədə həmişə düşünməkdir.» (əl-Kafi, c. 2, səh. 55, hədis 3)
5126. İmam Sadiq (ə): «Bir saat düşünmək bir il ibadətdən daha yaxşıdır. «Yalnız ağıl sahibləri ibrət alarlar.» (Zumər, ayə 9 )- (Biharul-Ənvar, c.71, səh. 327, hədis 22)

1489. Düşüncəni saflaşdıran şeylər.
5127. İmam Əli (ə): «Yeməyi az olanın düşüncəsi saf olar.» (Ğurərul-hikəm, hədis 8462)
5128. İmam Əli (ə): «Daima qarnını doyuzduranın düşüncəsi necə saf və təmiz olar?» (Ğurərul-hikəm, hədis 6975)

1490. Düşünülməsi qadağan olan şeylər.
5129. İmam Əli (ə): «Hikmətdən qeyri şey barədə düşünmək quşbeyinlikdir.» (Ğurərul-hikəm, hədis 1278)
5130. İmam Əli (ə): «Kim günahlar barədə çox düşünərsə, günahlar onu öz tərəfinə çəkər.» (Ğurərul-hikəm, hədis 8561)
5131. İmam Əli (ə): «Kim Allahın əzəmətini düşünərsə, mat-məəttəl qalar.» (Ğurərul-hikəm, hədis 9207)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.